Herman Hesse. Sevgi haqqında

Klv.az saytı  Herman Hessenin “Sevgi haqqındayazısını təqdim edir

Herman Hesse (1877 –1962) 20-ci əsr alman-isveçrə yazıçısı, şairi, rəssamı 1946-cı ildə Ədəbiyyat üzrə Nobel mükafatı laureatıdır. O, psixoloji simvolizmin ustası hesab olunur yaradıcılığında Şərq fəlsəfəsi, mistisizm, bireysel axtarışlar mənəvi inkişaf kimi mövzulara geniş yer verib.

***
Sevginin mövcudluğunun səbəbi bizi xoşbəxt etmək deyil. Məncə, sevgi əzab çəkərkən, çətinliklərə dözərkən qədər güclü ola biləcəyimizi bizə göstərmək üçün mövcuddur.
Yetkinlik yaşına çatmamış gənclərin sevgi qabiliyyəti yalnız hər iki cinsi deyil, həm hər şeyi, duyğu intellektual olaraq hər şeyi əhatə edir, hər şeyi sehrli, nağıl kimi dəyişdirici güclə təchiz edir.

***
Sevgi uğrunda əzab-əziyyət çəkilir; amma insan əzaba qədər çox dözürsə, sevgi onu bir o qədər güclü edir.
Hər şeydən çətin əldə edilən şey, hər şeydən daha çox sevilir. Sevgiəzabları dəf etmək, anlamaq gülümsəməkdən heç vaxt imtina etməmək qabiliyyətidir.

***
Hər sevginin dərin bir faciə ehtiva etməsi sevgidən üz döndərmək üçün səbəb deyil.
Əvvəllər inanırdım ki, sevmədən sevilmək özünəməxsus zövq verir insana. Amma indi qarşılıqsız sevgiyə sahib olmağın qədər əzablı olduğunu öyrəndim.

***
Sevdiyi insanı əldə edə bilməmək ona sahib ola bilməmək, insanın həyatda üzləşdiyi, ən çox rast gəlinən bədbəxtliklərdən biridir. Bu bədbəxtliyin öhdəsindən gəlməyin yolu, sevgisindəki ehtiras sədaqət zənginliyini sevdiyi insandan yayındırmaq onu sosial sahədə ya sənətdə başqaları ilə əməkdaşlıq kimi digər məqsədlərə yönəltməkdir. Bir vaxtlar yalnız öz ürəyinizi yandıran atəş indi dünyaya bəşəriyyətə məxsus olacaq; əgər sevginizi bəhrələndirmək sənətinə yiyələnə bilsəniz, kədərlər sevincə çevriləcək.

***
Sevilmək xoşbəxtlik deyil; hər bir insan özünü sevir. Sevməyə gəldikdə isə, bax, bu, əsl xoşbəxtlikdir.

***
Hamımız bilirik gündəlik həyatımızda təcrübədən keçiririk ki, qanımızdan qan qatmadığımız, sevgiylə bəsləmədiyimiz, uğrunda qurbanlar verilməmiş, birgə əzablar çəkmədiyimiz, mübarizələr aparmadığımız heç bir münasibət, heç bir dostluq, heç bir hiss bizə sədaqət göstərə ya güvən verə bilməz. Aşiq olmağın qədər asan olduğunu, amma həqiqətən, sevməyin qədər çətin olduğunu bilməyən ya yaşamayan yoxdur. Bütün əsl dəyərlər kimi, sevgini almaq mümkün deyil. Satın alına bilən zövqlər var, amma sevgi mümkün deyil.

***
Dünyadakı bütün obrazlar simvollardır hər simvol açıq qapını gözləyən bir qapıdır; insanın ruhu hazırdırsa, qapıdan keçib dünyanın qəlbinə, sənin mənim, gündüzlərin gecələrin tək bir obyektə çevrildiyi yerə çata bilər. Həyatda elə bir an gəlir ki, hər bir insan bir görür ki, açıq qapının qarşısındadır; elə bir an gəlir ki, hər bir insan bütün görünən obyektlərin yalnız simvollar olduğunu simvolun arxasında bəşəri ruhun, əbədi əzəli həyatın dayandığını düşünür. Lakin çox az adam bu qapıdan içəri girməyə, o vaxta qədər yalnız intuisiya vasitəsilə qavranılan daxili həqiqət müqabilində bu dünyanın gözəl xoş görünüşlərini qəbul etməyə hazırdır.

***
Bəlkə bugünkü müasirlik digər bütün müasirliklərin taleyini yaşayacaq, bir müddət davam edəcək sonra yox olacaq. Lakin tarixdən bildiyim qədərilə, sevgi məsələsi diqqətlərin başqa yerə yönəldiyi hər dövrdən sonra, həmişə olduğu kimi daim aktuallığını bərpa edəcək.

***
Sevilməyin heç bir şey olmadığını, sevməyin isə hərşey olduğunu öyrəndim. Tədricən hisslərimizdən başqa heç bir şeyin varlığımızı dəyərli xoş edə bilməyəcəyini anladığımı düşünürəm. “Xoşbəxtlikadlandırıla biləcək bir şeylə qarşılaşdığım yerdə görürəm ki, o, duyğulardan ibarətdir. Pul heç bir şey, güc səlahiyyət heç bir şeydir. Hər ikisinə sahib, amma səfalət içində yaşayan çox insan var. Gözəllik heç bir şeydir; yaraşıqlı kişilər gözəl qadınlar gördüm bütün gözəlliklərinə baxmayaraq onlar bədbəxt idilər. Sağlamlığın da çox da böyük əhəmiyyəti yoxdu; hər kəs özünü hiss etdiyi qədər sağlamdı; bəzi xəstə insanlar, ölümlərindən qısa müddət əvvələ qədər, gözlərində həyat sevinci ilə parlayırdılar; bəzi sağlam insanlar əzabdan qorxduqları üçün solurdu. Amma xoşbəxtlik insanların güclü duyğular üçün yaşadığı, onları içlərindən qovub uzaqlaşdırmadığı, kobud rəftar etmədən onları bəslədikləri zövq aldıqları hər yerdə mövcud idi. Gözəllik ona sahib olanlara deyil, onu sevənlərə ona sitayiş edənlərə xoşbəxtlik bəxş edirdi.

***
Duyğular müxtəlif görünür, amma mahiyyət etibarilə hamısı birdir. Bütün duyğular arzu ya başqa bir şəkildə xarakterizə edilə bilər. Mən buna sevgi deyirəm. Xoşbəxtlik sevgidir, başqa heç . Sevə bilənlər xoşbəxtdir. Ruhumuzun özünü dərk edib yaşadığının fərqinə vardığı hər an sevgidir. Buna görə, dərindən sevə bilən insan xoşbəxtdir. Lakin sevmək arzulamaq eyni şey deyil. Sevgi müdrik istəkdir, sevgi sevdiyinə sahib olmağı hədəfləmir, yalnız onu sevmək istəyir. Məhz buna görə sevgisini düşüncələr şəbəkəsində beşik kimi yelləyə-yelləyə böyüdən, dünyanı daim sevgi toru ilə yenidən hörən filosof da xoşbəxtdir.

Sevmək məcburiyyətideyə bir şey yoxdur, sadəcə xoşbəxt olmaq məcburiyyəti var. Dünyada mövcudluğumuzun yeganə məqsədi budur. İnsanlar nadir hallarda bir-birini öhdəliklər, əxlaqi qaydalar əmrlərlə xoşbəxt edə bilərlər, çünki onların özlərini bu şeylərlə xoşbəxt etməsi mümkün deyil; insan yalnız xoşbəxt olduqdayaxşıola bilər. Onlar yalnız daxili harmoniyaya nail olduqda yaxşı ola bilərlər. Sevirlərsə belə olur.

***
İnsan heç vaxt heç nəyi özünü sevdiyi qədər sevə bilməz. İnsan heç vaxt heç nədən özündən qorxduğu qədər qorxa bilməz.

***
Sevgidə qəribə bir şey var, sənətdə elə. Sevgi bütün təhsilin, bütün zəkanın, bütün tənqidin edə bilmədiyini edir: sonsuz uzaq obyektləri birləşdirir, ən yeni  ən köhnəni bir araya gətirir. Özü ilə hər şey arasında əlaqə quraraq zamana qalib gəlir. Yalnız sevgi insana təhlükəsizlik verir; yalnız sevgi haqlıdır, çünki o, haqlı olmağın ardınca düşmür.

Hazırladı: Nilufər Hacılı

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Aytən Məmmədova. Səssiz sevginin ağrısı və fədakarlığı

(A.S.Puşkinin “Mən sizi sevirdim”) şeirinin təhlili “Sevmək bəzən sahib olmaq deyil, səssizcə geri çəkilib o insanın xoşbəxtliyini arzulamaqdır.” Puşkinin “Mən sizi sevirdim” şeiri insanın içində sönməyən, amma artıq dilə gətirilməyən bir sevginin etirafıdır. Burada sevən insan nə üsyan edir, nə də qarşı tərəfi günahlandırır. Əksinə, öz acısını, ağrısını içinə basdıraraq […]