Rüqəyya Məmmədli, Zümrüd Əlizadə. “Bu gün anam öldü. Bəlkə də dünən. Bilmirəm.”

Bu cümlə Albert KamununYadəsərinin həm başlanğıcı, həm bütün ideyasının açarıdır. Mersonun bu soyuq qeyri-müəyyən reaksiyası oxucunu dərhal onun daxili dünyası ilə üz-üzə qoyur bəzi oxucular tərəfindən tənqid olunur. Əsər boyu davam edəcək əsas problemin, yəni fərd ilə cəmiyyət arasındakı uçurumun əsasını qoyur. Mersonun cəmiyyətə yadlığı onun hisssizliyindən deyil, səmimiyyətindən qaynaqlanır. O, cəmiyyətin tələb etdiyi emosional rolları oynamır, hiss etmədiyi duyğuları nümayiş etdirmir. Bu isə cəmiyyət tərəfindən əxlaqsızlıq təhlükə kimi qəbul olunur. Beləliklə, əsərdəyadanlayışı fərqli düşünən uyğunlaşmayan insanın simvoluna çevrilir. Bunu da qeyd etmək olar ki, əsərdə dürüst olmaq belə cəmiyyət tərəfindən qəbul edilmir. Merso hiss etmədiyi duyğuları nümayiş etdirmir yalan danışmır. Lakin cəmiyyət üçün əsas olan həqiqət deyil, uyğun davranışdır. Bunu da qeyd etməmək olmaz ki, əsərdə diqqətçəkən məqam budur: Raymond kimi zorakı insancəmiyyət tərəfindən qəbul edilir, amma Merso kimi səmimi insan təhlükəli sayılır. Bu, cəmiyyətin həqiqəti deyil, görüntünü sevdiyini göstərir. Burada biz cəmiyyətin ikiüzlülüyünü görmüş oluruq.

Əsər boyu biz bunun fərqindəyik ki, fərd cəmiyyət qarşıdurmasını açıq şəkildə göstərilib. Cəmiyyət Mersonu əməlinə görə deyil, daxili dünyasına görə mühakimə edir. Onun səmimiyyəti laqeydliyi hüquqi deyil, mənəvi cinayət kimi təqdim olunur.

Kamo əsərdə riyakarlığı tənqid edir. Zorakılıq ikiüzlülük cəmiyyət tərəfindən qəbul edildiyi halda, səmimiyyət duyğusal fərqlilik rədd edilir.

Sonda isə bunun şahidi oluruq ki, ölüm mövzusu əsərdə qorxu mənbəyi deyil, həqiqət kimi təqdim olunur. Merso ölümün labüdlüyünü qəbul etdikcə azadlaşır. Həyatın mənasızlığını dərk etmək onu ümidsizliyə deyil, daxili sakitliyə aparır.

Bizə görə isə, Merso ölümə yaxınlaşdıqca qorxudan azad olur, həyatın dəyərini deyil, reallığını anlayır, çünki o, ölümün yalnız ona məxsus olduğunu deyil, bütün insanlara məxsus qaçılmaz bir son olduğunu dərk edir. Bu anlayış həyat haqqında yaradılan təsəvvürləri kənara qoyur onun real mahiyyətini ön plana çıxarır.. Merso artıq həyatın mənasını axtarmır; o, həyatın mənasızlığını qəbul edərək daxili azadlığa çatır. Beləliklə, ölüm Merso üçün qorxulu son deyil, qəbul etdiyi bir həqiqətdir.

Sonda gəldiyimiz qənaət budur ki, ‘‘Yad olan kimdir?’’sualına əsər belə cavab verir: cəmiyyətə uyğun olmayan insan deyil, bəzən cəmiyyətin özü yadlaşmış olur.”

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Aysu Orucova. Keçmişin Ağrısı ilə Böyüyən Nəsillər: Sərdarın Hekayəsi

Hekayə on iki yaşlı Sərdarın dilindən nəql olunur. Sərdar məktəbdə aralarında nəsillik düşmənçiliyi olan Kosalı tayfasından Həsənə şillə vurur və bununla fəxr edir. Lakin hadisələr inkişaf etdikcə bu düşmənçiliyin kökləri açılır. Sərdarın babası Nabatalı ona ailənin faciəli keçmişini danışır: illər öncə erməni qonşuları Hovanes tərəfindən Sərdarın kiçik əmisi (adını daşıdığı […]