Aybəniz Qənbərli. Katrin Mansfild. “Bir fincan çay”

Burada əsas məsələ insanın özünü necə göstərmək istəyi deyil, davranışlarının səmimiyyəti və saflığın olub olmamasıdır. Rozmarı əvvəlcə kasıb qıza kömək etmək istəyir. Mən bunu qürurla edilən, içdən gəlməyən bir mərhəmət kimi görərdim. Rozmari bu işi vicdanından yox, daha çox özün yaxşı və fərqli göstərmək arzusu ilə edir. Onun niyyəti məncə başqalarından özünü üstün göstərmək və özünü alqışlamaqdır. Əri qızın gözəlliyini vurğulayanda Rozmarinin birdən fikrini dəyişməsi mənə insan ruhundakı riyakarlığın sübutu kimi gəldi. Əsl mərhəmət belə tez yoxa çıxmır. Əgər doğrudan da, qızın dərdinə şərik olsaydı, ərinin bir kəlməsi onu yolundan döndərə bilməzdi. Məncə, bu hissə qısqanclıqla saxta mərhəmətin qarşı durması və mübarizəsidir. Rozmarinin qalib gələn tərəfi qürur və eqosu oldu. Kasıb qız hekayədəki ən təmiz, saf obraz kimi görünərdi. Onun Rozmarinin yanında susması, minnətdarlıq göstərməsi məcburi susqunluqdur. O məncə passiv, zəif xarakterdir və buna görə də həyatın acı reallıqları qarşısında susur. Məncə, Rozmarinin əsl xarakterinin ortaya çıxması və ideyanın açılması məhz bu xarakter vasitəsilə baş verir. Bu hekayə mənə göstərdi ki, əsl yaxşılıq gizli edilən yaxşılıqdır. Burada əsas məqsəd qarşı tərəfin ehtiyacını ödəmək, onu məmnun etmək, xoşbəxt etmək olmalıdır. Qarşı tərəfin xoşbəxt olmasını görüb daha xoşbəxt olmaq əsl saf niyyətdir. Çünki saf niyyət göstərmək deyil, içdən səmimi edilən davranışdır.  Başqalarının gözündə özünü “mələk” göstərmək üçün edilən hərəkət isə riyakarlıqdır və burada saflıq yox, hiyləgərlikdir.  Rozmarinin davranışında siz öz dövrümüzün bir çox insanlarını görmək mümkündür. Özünü olmadığı kimi göstərərək hər kəsin ona heyran olmaq istəyidir. Hər kəsdən seçilsin, fərqlənsin. Burada yalnız özünü sevən və digər insanlardan sui-istifadə edərək üstə qalxmağa çalışan hiyləgər insan durur. Rozemari Fell- Kasıba kömək etməkdən çox, özünü maraqlı bir hekayə qəhramanı kimi hiss edir. Ərinin qızı gözəl adlandırması onun saxta xeyirxahlığını dağıdır.

Kasıb qız(Smit)- Rozemari üçün əvvəl xeyriyyə layihəsi kimi idi, sonra rəqibə çevrilir.

Filipp- Hekayədə çox görünmür, amma bircə sözü (“Qız gözəldir”) əsərin sonluğunu dəyişir.

Alternativ sonluğum- Rozmari ərinin çox gözəldir sözlərini eşidəndə içində qəribə bir narahatlıq hiss etdi. Qısqanclıq onun ürəyini sıxdı. O, kasıb qızı otaqdan göndərmək, öz “taxtını” qorumaq istədi, amma qız Rozmarinin gözlərindəki soyuqluğu gördü və başa düşdü ki, bu qadının mərhəməti sadəcə bir oyundur. Qız asta səslə dedi: Mən buraya gələndə ümid etdim ki, yaxşı bir insanla rastlaşmışam, amma indi anlayıram ki, mən sadəcə sən özünü yaxşı göstərmək arzunun bir hissəsi olmuşam. Mənə verdiyin çay, paltar və xoş sözlər- hamısı riyakarlıqdan ibarət imiş. Rozmari donub qaldı, heç kəs heçnə deyə bilmədi. Qız isə davam etdi: Mən kasıb ola bilərəm, amma ləyaqətimi heç kim məndən ala bilməz. Mən sənin mərhəmətinin oyuncağı deyiləm. Sonra sakitcə qapını çırpmadan çıxdı. Rozmari isə güzgünün qarşısında qaldı, makiyajlı simasının arxasında öz həqiqi, zəif və baş varlığını gördü. Əri isə sakitcə baxaraq dedi: Bəzən insanın gözəlliyi paltarında yox, ruhundadır.

Rozmari ilk dəfə başa düşdü ki, onun zənginliyi heçnədir, amma artıq gec idi. Kasıb qız getmişdi, özü isə öz vicdanının soyuq aynasında tək qalmışdı. İstəyərdim ki, hekayə sadəcə Rozmarinin riyakarlığını  göstərməklə yox, həm də kasıb qızın daxili böyüklüyünü göstərir. Bəzən insanın ən böyük düşməni qarşısındakı yox, içində gizlənən eqosudur. Məncə, insanın saxta maskası həmişə bir gün düşər, onun mərhəməti süni çiçəkdir, baxanda gözəldir. Qoxusu, canlılığı yoxdur, ruhu doyurmaz. Beləliklə bu hekayə mərhəmətin deyil, saxta mərhəmətin, riyakarlığın, qürurun hekayəsidir.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Leyla Həmzəyeva, Gülnaz Hacızadə. Bir Cəmiyyət Diaqnozu: Şərin səssiz ortağı olmaq

Cəmiyyətin Güzgüsü və Laqeydliyin İflası Anton Çexov 1892-ci ildə yazdığı “6 nömrəli palata”povesti ilə bir həkim soyuqqanlılığı və cərrah dəqiqliyi ilə cəmiyyətin çürümüş tərəflərini kəsib ortaya qoyur. “6 nömrəli palata” sadəcə Çar Rusiyasının durğunluğunu deyil, bəşəriyyətin əzəli problemi olan mənəvi deqradasiyanı və ziyalı təbəqənin fəaliyyətsizliyini simvolizə edən bir şahəsərdir. Həbsxana, […]