Əcnəbi tələbələr “İblis” tamaşasında

Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri Dos. Dilbər Zeynalova və departamentin bir qrup əməkdaşı Azərbaycan dili və ədəbiyyatı ixtisasında təhsil alan xarici tələbələrlə birlikdə 2025-ci il dekabrın 19-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Hüseyn Cavidin “İblis” faciəsinin tamaşasına baxıblar. Tədbirin əsas məqsədi xarici tələbələrin Azərbaycan ədəbiyyatı və teatr sənəti ilə daha yaxından tanış olmalarına, eləcə də klassik dramaturgiyanın fəlsəfi və ideya yükünü dərindən dərk etmələrinə şərait yaratmaq olub.

Tamaşa zamanı Hüseyn Cavidin bəşəri ideyaları, insanlıq, müharibə, mənəvi dəyərlər və şər qüvvənin mahiyyəti səhnə interpretasiyası vasitəsilə tələbələrə təqdim edilib.

Tamaşadan sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktor müavini Hacıbaba Məmmədov tələbələri səmimi şəkildə qarşılayaraq, onlarla görüşüb, teatrın fəaliyyəti və repertuarı barədə qısa məlumat verib. Sonda xatirə şəkillər çəkdirilib.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Pərvin Əliyeva. Volterin “Kandid” əsəri ətrafında daxili diskurs

“Volter dövlət başçılarından qat-qat üstün idi – o, ideyaların başçısı idi”. (Viktor Hüqo) XVIII əsrin Fransadakı ən qalmaqallı, ziddiyyətli şəxsiyyətlərindən biri, əsl adı “Fransua-Mari Arue” olan yazıçı, maarifçi, filosof, şair “Volter” təxəllüsü ilə şöhrət qazanmışdır. 84 illik ömrünün (1694-1778) təbəddülatları onun yaradıcılığına təmas edir. Volterin yaradıcılığının nüvəsini dini inanclarla, fəlsəfə […]