Ağalar Qut. Özümü görmədim özümdəkini gördüm özgə şəkillərdə

Bir müntəhir şəkli gördüm
o gün xəbərlərdə
elə bildim mənəm, qorxdum.

Sonra bir qatil şəkli gördüm
mənə yaman oxşayırdı zalımoğlu.
Güzgüyə baxmadım.

Bu gün bir məqtul şəkli gördüm
sonra bir məcnun şəkli
sonra bir məfqud şəkli.
Hamısı mənə oxşayırdı qırılmışlar.

Özümü görmədim
özümdəkini gördüm
özgə şəkillərdə.

Görəsən, sabah kimi görərəm?

Amma mən görməsəm
kimsə görsün.
Xahiş eliyirəm.


* müntəhir – intihar etmiş şəxs
* məqtul – qətl edilmiş şəxs
* məfqud – qeybə çəkilmiş, öldüsü-qaldısı bilinməyən, itkin şəxs deməkdir.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Əcnəbi tələbələr “İblis” tamaşasında

Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri Dos. Dilbər Zeynalova və departamentin bir qrup əməkdaşı Azərbaycan dili və ədəbiyyatı ixtisasında təhsil alan xarici tələbələrlə birlikdə 2025-ci il dekabrın 19-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Hüseyn Cavidin “İblis” faciəsinin tamaşasına baxıblar. Tədbirin əsas məqsədi xarici tələbələrin Azərbaycan ədəbiyyatı və teatr sənəti ilə daha yaxından […]