Xəzər Universitetinin tələbələri İspan dili üzrə beynəlxalq DELE (Diplomas de Español como Lengua Extranjera) imtahanında yüksək nəticə göstərərək rəsmi sertifikat əldə ediblər.
Təbiət Elmləri və Mühəndislik fakültəsi, III kurs tələbəsi Abdulvahab Ələsgərov A1 səviyyəsi üzrə, İqtisadiyyat və Menecment fakültəsi, III kurs tələbəsi Xalida Ağakisiyeva A2 səviyyəsi üzrə diplomla təltif olunub.
DELE diplomları İspaniyanın Təhsil Nazirliyi və Cervantes İnstitutu tərəfindən təqdim olunur, beynəlxalq səviyyədə rəsmi tanınmaya malikdir və ən önəmlisi odur ki, diplomların bitmə vaxtı yoxdur, yəni ömürlük qüvvədə qalır.
Bu uğur tələbələrin gələcək akademik və peşəkar fəaliyyətləri üçün yeni imkanlar açır.
İspan dili fənni f.ü.f.d. Səbinə Əliyeva tərəfindən tədris olunur.

