Dr. Raziyə İsayeva Xəzər Universitetinə rektor təyin edilib.
Qeyd edək ki, Raziyə İsayeva bundan əvvəl universitetin İqtisadiyyat və menecment fakültəsinin dekanı vəzifəsində çalışıb.
R.İsayeva Xəzər Universitetində “Beynəlxalq iqtisadi münasibətlər” üzrə bakalavr dərəcəsi və Biznesin idarə edilməsi (MBA) üzrə magistr dərəcəsi alıb. Corc Vaşinqton Universitetindən “Layihələrin idarə edilməsi” üzrə magistr sertifikatına malikdir. 2024-cü ildə Finlandiyanın Lapland Universitetində “Postsovet universitetində tələbə məşğulluğu – Azərbaycanda və Estoniyada mövcud vəziyyət və perspektivlər” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək təhsil üzrə fəlsəfə doktoru dərəcəsini alıb.
Erasmus+ proqramı çərçivəsində beynəlxalq layihələrin müəllifi və rəhbəri kimi tanınır, təhsil, sənaye və insan resurslarının idarə olunması sahəsində zəngin təcrübəyə malikdir.

