Həsənbəy Zərdabi və Hənifə xanım Abayeva dastanı: “Avropalı gəlin”

“Avropalı gəlin”

Milli mətbuatımızın banisi Həsən bəy Zərdabiyə və onun ömür-gün yoldaşı Hənifə xanım Abayevaya həsr olunmuş “Avropalı gəlin” verilişində səslənənlərdən bir fraqment

1872-ci il. “Əkinçi”nin yaranmasına 3 il qalır. Həsən bəy Bakı şəhər gimnaziyasında müəllim işləyir. Müsəlman Tələbələrə Yardım Cəmiyyəti qurmağa nail olub. İanə toplanışı çox ağrılı və zəif gedir. Bir il sonra Azərbaycan teatrının əsası qoyulacaq. Hələ görəcəyi işlər qarşıdadır. Yaş keçir. Evlənmək lazımdır. Evlənsə, cəmiyyətdəki tələbələri evində saxlamaq imkanı da yaranar. Amma yaşadığı şəhərdə savadlı müsəlman qız yoxdur! Problem bundadır!

Günlərin birində Həsən bəy Tiflisdə çıxan “Qafqaz” qəzetini oxuyarkən gözü bir elana sataşır. Elanda Tiflis Müqəddəs Nina Məktəbini bitirənlərin siyahısı var. Onların arasında bir müsəlman qız var…

Həsən bəy düşünmədən təhsilli müsəlman qızla tanış olmaq üçün Tiflisə gedir. Gimnaziyanın direktoruna ürəyini açır, savadlı bir müsəlman xanımla evlənmək istədiyini deyir və onun vasitəsilə Hənifə xanımla görüşə bilir…

Aradan yarım əsrdən çox vaxt ötəndən sonra öz məşhur əri haqqında xatirələr yazan Hənifə xanım həmin görüşü sanki kənardan belə təsvir edir: “Həsən bəy Hənifə xanım Abayeva ilə tanış olarkən onunla həmfikir olduqları anlaşıldı. Onlar evlənmək və bir yerdə işləmək qərarına gəldilər…”..

“Həsən bəy və Hənifə xanım dastanı…”

Azadlıq Radiosunun “İz” proqramı

https://smarturl.click/oVRyj

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Vaqif Sultanlı. “Səhra savaşı” Serb dilində

Bu günlərdə yazıçı Vaqif Sultanlının “Səhra savaşı”romanı Serbiyada nəşr olunmuşdur. Belqraddakı nüfuzlu “Alma” nəşriyyatında yayınlanan romanı serb dilinə Semra Bayats və Susana Byelitsa çevirmişdir.Nəşriyyatın Asiya Ədəbiyyatı Kitabxanası seriyası iləyayınladığı kitabın redaktoru Diana Javanoviçdir. Roman tanınmış yazıçı-publisist və dilçi Corce Otaşeviçin təşəbbüsü ilə Serbiyanın Xalq Kitabxanalarının ortaq layihəsi əsasındayayınlanmışdır. Vaqif Sultanlının […]