Vaqif Sultanlı. “Səhra savaşı” Serb dilində

Bu günlərdə yazıçı Vaqif Sultanlının Səhra savaşıromanı Serbiyada nəşr olunmuşdur. Belqraddakı nüfuzlu Alma nəşriyyatında yayınlanan romanı serb dilinə Semra Bayats və Susana Byelitsa çevirmişdir.Nəşriyyatın Asiya Ədəbiyyatı Kitabxanası seriyası iləyayınladığı kitabın redaktoru Diana Javanoviçdir. Roman tanınmış yazıçı-publisist və dilçi Corce Otaşeviçin təşəbbüsü ilə Serbiyanın Xalq Kitabxanalarının ortaq layihəsi əsasındayayınlanmışdır.

Vaqif Sultanlının nəsr yaradıcılığında xüsusi yer tutan, şərti-metafоrik üslubda qələmə alınmışmanda təsvir olunan hadi və əhvalatlar zamanın çatlaması ilə gələcəkdən imtina edərək keçmişə dönən qəhrəmanın taleyi fonunda aşkarlanır. Romanda bəşəriyyətin keçib gəldiyi tarixin ənənəvi səpkidədeyil, tərs müstəvidə canlandırılması müəllifə insan və dünya haqqında fəlsəfi düşüncələrini bütün yönlərilə canlandırmağa imkan vermişdir.

Səhra savaşı romanı ədalətsizliyin yaşanılmaz hala gətirdiyi çağdaş nyaya hakim olan özgələşmə, yaddasızlaşma, mənasızlaşma, gərəksizləşmə kimi sosial və mənəvi-əxlaqi problemlərə kəskin etiraz ruhu ilə seçilməkdədr. Süjet xətti fəlsəfi-mifoloji düşüncədən qaynaqlanan, bədii konflikti İnsanla Zaman arasında cərəyan edən romanın baş qəhrəmanı kimi canlandırılmış Qoca obrazının timsalındahadisələrə işıq tutulması mətnin estetik özəlliyini şərtləndirir. Əsərdə yer üzündə gündən-günə dərinləşməkdə olan ziddiyyətlərin, qarşıdurmaların, çarəsizliyin, çıxılmazlığın real mahiyyətini aşkarlamağa yönəlik sorunlara aydınlıq gətirilməsinə çalışılır.

İlk dəfə 2013-ci ildə Azərbaycan oxucularına təqdim olunan roman indiyədək dünyanın bir sıra dillərinə çevrilmiş, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Türkiyə, Rusiya, Ukrayna, İran və başqa ölkələrdə yayınlanmış, haqqında müxtəlif səpkili araşdırmalar aparılmışdır.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Yasunari Kavabata. Ağ at

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1968) yapon yazıçısı Yasunari Kavabata 11 iyun 1899-cu ildə Yaponiyanın Osaka şəhərində doğulub. Ziyalı və varlı ailədə doğulan Yasunari Kavabata üç yaşında valideynlərinin hər ikisini itirib. Yazıçı və bacısı ana tərəfdən baba-nənəsinin himayəsində böyüyüb. Yazıçı altı yaşında olarkən nənəsi və bacısı da ölüb. Bu faciəvi […]