Aysel Əzizova. Ümid elə gələcəyin özüdür

Gənc bir qız düşünək keçən illərinə tamaşa edən. Orada çox şey var: çətin uşaqlıq, saysız maneələr, travmalı təcrübələr… Bununla belə o, ağıllıdır. Hər şeydə valideynlərinə haqq qazandırar, amma eyni zamanda onlardan narazı, həmçinin qırğındır. Əslində, o, çox çalışqan olsa da, valideynlərinin nəzərində hər zaman tənbəldir. Bu təzadlara təslim olmayan qız həyatına bir şüar seçdi: “hər şeyə rəğmən”

Çox çətinliklərlə qarşılaşan bu qız 19 yaşındadır. Çox maraqlıdır, onu bundan sonra həyatında nələr gözləyəcək? Əslində, bir debat, bir sirdir bu sual. Eyni ilə bu qız kimi… Sanki Xəlq edən heç bir şeyi əsirgəməyib bu qızdan. Necə deyərlər, hər barmağında bir mərifət var, hər telində də bir dünya… Onun haqqında çox şey yazmaq olar, həm də lap çox şey. O qədər dərin düşüncəsi var ki, bundan sonra da onu həyatda gözləyən hər şeyə hazırdır – yaxşı, ya da pis. Qorxmur, çəkinmir. Çünki o, özünü ən ali yerlərdən biri olan təslimiyyətdə tapıb. Onun gələcəklə bağlı gözəl planları var. Düzdür, bəlkə də, indi o istəmədiyi məkanda, istəmədiyi pillədə olduğuna görə pis olur, amma üsyan etmir. Axı “Qədər Allah” deyilən bir şey var ki, bu qaçınılmazdır. Elə burdan başlayır hər şey. Düşünür ki, o, uşaqlıqda itib-batmış arzularını gerçəkləşdirəcək, onlara nail olacaq. Gün gələcək, hamı onu tanıyacaq. Həmişə də öz-özünə bu şeiri deyir:

Məni saymayanlar axmaqdı, axmaq,

Onlar nə bilir ki, axı kiməm mən?

Məni saymayanlar bir vaxt sayacaq,

Onda görəcəklər; bir yox, minəm mən!

Bir gün belə min olmaq üçün hər gün bir addım atır bu qız. Hər şeyə ümidlə yanaşır. Heç ümidini kəsmir. Oxuduğu bir cümlə, onun ümid yerinə çevrilib: “Ümid hər zaman vardır, heç ümid qalmadığında belə…” Həmişə nəsə istəyəndə, diləyəndə, həmçinin başqasının nəsə istədiyini görəndə sığındığı nöqtəyə bir mesaj ünvanlayır: “Sənə təvəkkül, mükəmməlim…” Elə maraqlı gəlir ki, bu söz. Soruşdum özündən mənasını, belə cavab verdi: “Bu sözün çox gözəl mənası var: Allahım çox istəyirəm, amma xeyirlisi deyilsə, olmasın,” – demək imiş. Elə gələcək planları, günlük olanlar üçün də belə deyir. Elə biz də bu mükəmməl başlıq ilə yola çıxaq: Dualarım, arzularım sənə əmanət, sənə təvəkkül…” Hər şey gözəl olacaq…

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Faxrina Məlikova. Bir şam bəs edər

Qaranlıq bir boşluqdur. Hər kəs ora düşməkdən, orda əsir qalmaqdan qorxar. Kimiləri isə o qaranlığı özü seçir. Hə, birdə ümidsizlər var. Onlar isə… Onlar isə nə işıqda, nə də qaranlıqda rahatlıq tapır. Onlar sadəcə qaranlığı lənətləyir. Düşüncələr qəliz, sözlər əlçatandır. Bir söz var: “Qazanmaq üçün mübarizə aparmaq, mübarizə aparmaq üçün […]