Faxrina Məlikova. Bir şam bəs edər

Qaranlıq bir boşluqdur. Hər kəs ora düşməkdən, orda əsir qalmaqdan qorxar. Kimiləri isə o qaranlığı özü seçir. Hə, birdə ümidsizlər var. Onlar isə…

Onlar isə nə işıqda, nə də qaranlıqda rahatlıq tapır. Onlar sadəcə qaranlığı lənətləyir. Düşüncələr qəliz, sözlər əlçatandır.

Bir söz var: “Qazanmaq üçün mübarizə aparmaq, mübarizə aparmaq üçün isə istəmək lazımdır”.  Yəni sən yetər ki, işığı istə, bir şam belə sənin həyatını dəyişə bilər. Bəlkə də, qaranlıq o qədər də pis deyil. Hər şey bizim əlimizdədir: o boşluqda dustaq olmaq da, lənətləri qırmaq da.

Heç düşünülübmü ki, uşaqlar niyə qaranlıqdan qorxur? Çünki qaranlıq soyuqdur. Sakit və sirli bir aləmdir. Çünki orda özümüzdən başqa heç kimin səsi eşidilməz. Bəzən bu boşluğa ehtiyac duyarıq. Fəqət ora elə bir hissdir ki, insanı özünə çəkir, çəkdikcə dünyadan qoparır. Hər kəs bu lənəti pozmaq üçün bir şam işığına, ümidə ehtiyac duyar. Bu, bəzən bir insan, bəzən bir duyğu olar. Əsas odur ki, qaranlıqda işığı yandıra biləcək bir möhtəviyyat olsun. Həyat çətin fəqət bir o qədər də gözəldir. Məsələ qaranlıq ya işıq deyil. O şamı yandıra bilmək, yandıracaq cəsarəti özündə tapmaqdır məsələ. Necə deyib şair:

Ah, mən gündən günə bu gözəlləşən,

İşıqlı dünyadan necə əl çəkim.

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Sevinc Qəmbərli. Azərbaycan dilinin şivələri və özbək dilində ortaq sözlər

Türk dilləri ailəsinə 30-a yaxın dil daxildir ki, daha çox uyğunuq təşkil edən xüsusiyyətlərinə görə bu dillər müxtəlif qruplarda birləşdirilir. Azərbaycan və özbək dilləri türk dilləri ailəsinə daxil olub özünəxas fonetik, leksik, qrammatik xüsusiyyətləri olan müstəqil qohum dillərdir. Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dilidir, bu dildə yer üzərində 50 milyona […]