Yağışlı bir gün, qəlbimə sular səpilib,
Axşamçağı, onlar şər qarışır, deyirlər.
Göydən yerə hər damcıda bir mələk enib.
Onlar Əzrayil də bir mələkdir, deyirlər.
Bulud buluda dəyincə araya küslük girib,
Torpağı isladan onların göz yaşlarıdır, deyirlər.
Sən demə susuz çiçəklər mərhəmət diləyib,
Bu yağış yaradanın onlara lütfüdür, deyirlər.
Söhbət gəzir, qala şəhər səmadan əfv diləyib,
Yağış küçə-küçə çirkli xatirələri yuyur, deyirlər.
Pis adamlar üsyan, yaxşı adamlar dua edib,
İlahi onların ağrılı səsini eşidib, deyirlər.
Bəlkə də, yağış həmişəkitək yağmaq istəyib,
Digəl, ona hər cümlədə fərqli bir don tikirlər.
Doğma küçəni qərib el, sevdiyi çiçəyi yad bilib,
Yerə düşən hər yağış damcısını söz edirlər…