Frankofoniya günləri çərçivəsində “Qəhrəmanlar görüşəndə” adlı fransız dilində açıq dərs

2025-ci il mayın 20-də Xəzər Universitetinin Nərimanov kampusunda Humanitar, təhsil və sosial elmlər fakültəsi və Təbiət elmləri və mühəndislik fakültəsinin II kurs tələbələrinin iştirakı ilə Frankofoniya Günləri çərçivəsində “Qəhrəmanlar görüşəndə” adlı açıq dərs keçirildi.

Fransız dili müəllimi Lətafət Quliyevanın rəhbərliyi ilə hazırlanan açıq dərsdə tələbələr bir il ərzində qazandıqları bilik və bacarıqları nümayiş etdirməklə yanaşı, fransız dilinə və mədəniyyətinə olan sevgilərini də ifadə etdilər.

Açıq dərs boyu tələbələr tərəfindən fransız ədəbiyyatından, kinosundan və musiqisindən seçilmiş nümunələr, fransız dilində mahnılar və ədəbi-bədii kompozisiyalar nümayiş olundu.

Açıq dərsdə Dillər və ədəbiyyatlar departamentinin müdiri Dos. Dilbər Zeynalova, departamentin müəllimləri Dos. Zivər Hüseynli Baylan, Dr. Reyhan Mədətova və Sevinc Allahverdiyeva iştirak etdilər. Onlar tələbələrin çıxışlarını yüksək qiymətləndirərək, bu cür açıq dərslərin tələbələrin dil bacarıqlarının inkişafında və beynəlxalq mədəniyyətlərə inteqrasiyasında mühüm rol oynadığını vurğuladılar.

Frankofoniya Günləri çərçivəsində keçirilən bu açıq dərs tələbələrin yaradıcılığını və komanda işini önə çıxarmaqla yanaşı, universitetin multikultural mühitinə də öz töhfəsini verdi.

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Edmund Husserl. Fenomenologiya

Əvvəli: https://klv.az/2025/05/14/edmund-husserl-fenomenologiya-2/ Britaniya ensiklopediyasına məqalə 2. Fenomeno-psixoloji və eydetik reduksiya Fenomenoloji psixologiya özündə özünün xüsusi “MƏN” təcrübəsini və bunun əsasında digər MƏN-lərin təcrübəsini, həmçinin də cəmiyyətin təcrübəsini öyrənməyi birləşdirir. Lakin, bununla belə, onun hər hansı olur-olsun psixofiziki aşqarlardan bütünlüklə azad ola bilib-bilməməsi hələ tam aydın deyil. Öz MƏN-in və xalis psixi […]