“Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalının təqdimatı keçirilib

2025-ci il 16 mayda Xəzər Universitetində Elm və Təhsil Nazirliyinin “Azərbaycan dili və ədəbiyyat tədrisi” elmi-metodik jurnalının və “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Dil siyasəti və milli kimlik: Tarixi irs, müasir yanaşmalar” adlı xüsusi buraxılışının təqdimatı keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra açıq elan olunub. Qonaqları və iştirakçıları salamlayan Dillər və ədəbiyyatlar departamentinin Dillər bölməsinin koordinatoru fil.ü.f.d. Sevinc Qəmbərova tədbiri elmin bayramı kimi qiymətləndirib.

Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekan müavini Pərvin Kərimova bu kimi görüşlərin elmi ictimaiyyət və gənc tədqiqatçılar üçün faydasından danışıb.

Jurnalın baş redaktoru vəzifəsini icra edən Gülnar Əliyeva jurnalın yaranmasından, qəbul edilən məqalələrə qoyulan tələblər haqqında danışıb, sonra xüsusi buraxılışda məqalələri çap edilən müəlliflərə söz verib.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun “Türk dilləri” şöbəsinin müdiri professor İsmayıl Kazımov “Dilin axarı və ya müasir Azərbaycam dili nüfuzlu və suveren dillərdən biri kimi”, ADPU-nun “Azərbaycan dili və onun tədrisi texnologiyası” kafedrasının professoru Minaxanım Nuriyeva Təkləli “Dilimiz-qayğılarımız: mülahizələr, iradlar, təkliflər” mövzularında çıxış edib. “Azərbaycan dili və ədəbiyyat” elmi-metodik jurnalının redaksiya heyətinin üzvləri, ADPU-nun “Ədəbiyyatın tədrisi texnologiyası” kafedrasının dosentləri Bilal Həsənli və Soltan Hüseynoğlu nəşrlə uzunmüddətli əməkdaşlıq təcrübələrindən söz açıb, jurnalın elm və təhsil mühitindəki rolunu yüksək qiymətləndiriblər.

Bakı Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası” kafedrasının müdiri professor Mətanət Abdullayeva çıxışında jurnalın metodika sahəsindəki elmi əhəmiyyətini vurğulayib, nəşrlə gələcək elmi əməkdaşlıq imkanlarını yüksək qiymətləndirib. Bakı Mühəndislik Universitetinin “Azərbaycan dili və pedaqogika” kafedrasının dosenti Zabitə Teymurlu və Xəzər Universitetinin müəllimi fil.ü.f.d. Sevinc Qəmbərova xüsusi buraxılışda dərc olunmuş “Akademik kommunikasiyada Azərbaycan dilinin yeri” mövzusunda həmmüəllifi olduqları məqalənin əsas məqamlarını təqdim edərək mövzunun aktuallığına diqqəti cəlb ediblər.

Jurnalın son illərdə baş redaktoru olmuş, hazırda isə ATİAHİ Xətai Rayon Komitəsinin sədri Sehran Səfərov çıxış edərək, xüsusi buraxılışın elmi və ictimai əhəmiyyətini vurğulayıb. Tədbirdə ADPU-nun “Ədəbiyyat” kafedrasının dosent əvəzi, fil.ü.f.d. Ulduz Qəhrəmanova, “Azərbaycan dili və onun tədrisi texnologiyası” kafedrasının müəllimi Aynur Bədəlova, “Müasir Azərbaycan dili” kafedrasının baş müəllimi, fil.ü.f.d. Sahilə İbrahimova, “Ədəbiyyatın tədrisi texnologiyası” kafedrasının baş müəllimi, fil.ü.f.d. Günel Hümmətova (Pəniyeva), Xəzər Universitetinin və Dünya məktəbinin müəllimləri, həmçinin magistrantlar, tələbələr, gənc tədqiqatçılar iştirak ediblər.

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Frankofoniya günləri çərçivəsində “Qəhrəmanlar görüşəndə” adlı fransız dilində açıq dərs

2025-ci il mayın 20-də Xəzər Universitetinin Nərimanov kampusunda Humanitar, təhsil və sosial elmlər fakültəsi və Təbiət elmləri və mühəndislik fakültəsinin II kurs tələbələrinin iştirakı ilə Frankofoniya Günləri çərçivəsində “Qəhrəmanlar görüşəndə” adlı açıq dərs keçirildi. Fransız dili müəllimi Lətafət Quliyevanın rəhbərliyi ilə hazırlanan açıq dərsdə tələbələr bir il ərzində qazandıqları bilik […]