13 may 2025-ci ildə Xəzər Universitetində İctimai Televiziyanın “Ustad dərsi” və İctimai Radionun “Can, Azərbaycan” verilişlərinin aparıcısı, jurnalist Pərvanə Nadirqızının iştirakı ilə “Ünsiyyət bacarıqlarının inkişafı” mövzusunda tədbir keçirilib. Dillər və ədəbiyyatlar departamentinin Dillər bölməsinin koordinatoru Dr.Sevinc Qəmbərova tədbir iştirakçılarını salamlayaraq, bu istiqamətdə təşkil edilən görüşlərin məqsədi barədə məlumat verib. Jurnalist Pərvanə Nadirqızı ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi üsulları, onların tətbiqi qaydaları, kommunikasiya prosesindəki əhəmiyyəti, işgüzar həyatdakı rolu, ünsiyyət prosesində ən mühüm amillər, mütaliənin faydaları haqqında nəzəri bilikləri və şəxsi təcrübəsini auditoriya ilə bölüşüb.
Tədbirdə Təhsil, Sosial və Humanitar fakütəsinin dekan müavini Pərvin Kərimova, Dillər və ədəbiyyatlar departamentinin müəllimləri Dr.Reyhan Mədətova, Dr.Qardaşxan Əzizxanlı, Dr.Mədinə Karahan, Elm və Təhsil Nazirliyinin “Azərbaycan dili və ədəbiyyat” elmi jurnalının baş redaktoru Gülnar Əliyeva çıxış edib. Tələbələr onları maraqlandıran sualları qonağa ünvanlayıb, görüş müzakirəli şəkildə davam edib. Sonda P.Nadirqızına Xəzər Universitetinin rektoru vəzifəsini icra edən Prof. Məhəmməd Nuriyevin imzası ilə “Təşəkkürnamə” təqdim edilib və xatirə şəkli çəkilib.