Fəridə Nəsirli. Var olmağın dözülməz yüngüllüyü

1

Var olmaq mövcudluq deməkdir, yüngüllük isə bu mövcudluğun ağırlığını, yəni ölümü dərk etməməkdir. Heç bir şeyin nəticəsinin təkrar olunmayacağını bilib, həyatda məna axtarmamaq yüngüllükdür. Azadlıq bu anlayışa zidd deyil. İnsanın azad olmağı yüngüllükdürmü? Yüngüllük bir dəfə yaşadığımız həyatı ciddiyə almamaq və bu ciddiyətsizliyin də dözülməzliyidi. Bu dözülməzlik də insanı varlığın ağırlığına aparıb çıxarır. Yəni insan bu yüngüllüklə heç nədə məna axtarmayıb, ruhuna əmanət edilən cismani həyatını boşluğa aparıb çıxarır, dəyərsizləşdirir və həyatını dolu yaşamır, yəni sonu mənasız olmasa da, boş ölümə gedib çıxır. Əgər həyatın ağırlığını dərk etsək və məsuliyyət götürsək, bu dözülməzliyi yaşamarıq. Ən azından sonumuzun ölüm olduğunu bilsək, həyatın gözəlliyindən, mənalı olmasından, eşqin, sevginin və dəyərlərin birləşməyindən zövq alarıq. “Var olmağın dözülməz yüngüllüyü” romanında da Tomaşla Terezanın yüngüllüyün yükünü atıb ağırlığı-ölümü dərk etmələri onların ölümlərinə məna qazandırır. Milan Kundera tanrısız və təbiətsiz bir dünyada var olmağın dözülməz yüngüllüyü yeni bir kəşf qoyur ortaya. İnsan arzuları ona görə tükənmir ki, o əbədi olmaq istəyir!

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

One thought on “Fəridə Nəsirli. Var olmağın dözülməz yüngüllüyü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

“Xəzər”də “Ünsiyyət bacarıqlarının inkişafı”

13 may 2025-ci ildə Xəzər Universitetində İctimai Televiziyanın “Ustad dərsi” və İctimai Radionun “Can, Azərbaycan” verilişlərinin aparıcısı, jurnalist Pərvanə Nadirqızının iştirakı ilə “Ünsiyyət bacarıqlarının inkişafı” mövzusunda tədbir keçirilib. Dillər və ədəbiyyatlar departamentinin Dillər bölməsinin koordinatoru Dr.Sevinc Qəmbərova tədbir iştirakçılarını salamlayaraq, bu istiqamətdə təşkil edilən görüşlərin məqsədi barədə məlumat verib. Jurnalist […]