Anna Hoffmann. Səni torpağın içinə gömərəm, əziz ürək

Alman yazıçısı olan Anna Hoffmann Greifswald, Berlin və Halle şəhərlərində sənət tarixi, tarix və fəlsəfə təhsili alıb. Əsərləri 1998-ci ildən Almaniya, Avstriya, Böyük Britaniya, Meksika və Albaniya, İran və Şimali Makedoniyanın ədəbi jurnallarında və antologiyalarında dərc olunub.

Anna Hoffmann Almaniya PEN klubunun üzvü və bir neçə tanınmış beynəlxalq ədəbiyyat festivalının iştirakçısıdır.

Klv.az saytı Anna Hoffmannın bəzi şeirlərini Ümid Nəccarinin tərcüməsində təqdim edir

***

Səni torpağın içinə gömərəm, əziz ürək

sonradan doğulanların yanğını üçün

gələcək fosillər üçün toplayaram…

dediklərimin hamısını mənə qarşı istifadə edərlər

və dediyin hər şeyi mənə qarşı istifadə et.

Mən sənin qurbanınam,

mənim günahkarım,

mənim sahibim,

mənim axan çayım,

çağır məni çayın alovuna Hamlet!

***

Dözümüm yoxdur yalana

otların üzərinə uzan

və bir iş gör!

Məsələn,

Buludların arasında bir nəfəslik aç

Keçəridir insanın sevdikləri

Mən heç siyasəti bilən birisi deyiləm,

Sadəcə bir sərsəri

ürəyi ilə saatlarla günəşin altında durar…

***

Dəli deyiləm,

ağlatmır məni heç bir hadisə

mən ölümdən gəlirəm,

mən özümə də qəribəyəm,

səni rahatca buraxa bilərəm

bunu su içmək kimi edə bilərəm.

***

Nastassia Filippovna Baraşkova

Medeya, Ofeliya və Susi üçün…

Mənim gəldiyimi görmürlər

baxışlarını itirirlər,

addımlarımı silirlər,

sinəmi yuyuram

balansımı saxlayıram

necə edirəm deyə, bilmirəm…

və ağrı

bu şəhərin üzərində yerləşir…

Aclıq gözlərdən qaynayır

məsum Potemkin gəlib çatmır

nahar vaxtı

biz acıları mübadilə edirik.

Sendviç defibrilatorları…

Bütün cahilliklər…

Onların gözləri ağlımı başımdan alır

hər dəfə gözlədiyimdə

metro stansiyasının girişinə qədər

bircə isti baxış üçün…

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2025/01/01/edmund-husserl-kartezian-dusunceleri-10-41/ (davamı) Məntiqi tədqiqat II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma II Fəsil. Mənaverici aktların xarakteristikasına dair §17. Səhvən məna qismində güman edilən fantaziyaların izahedici simaları Biz məna və ya mənanın intensiyası anlayışının fenomenoloji xarakterinı üzə çıxardıq, necə ki, özlüyündə ifadəyə məxsusdur və buna görə də onu şüurda, deskriptiv […]