Əmin Hacılı. Böyük böyük babamın adı nədir?

(minimalist hekayə)

Kərəm köynəyinin döşündəki barmaq izinə oxşar quşun ipini çəkməkdən çəkindiyi üçün bir həftə öncə divanın altına düşən çaxmağı yadına salıb, şalvarının ağı partlamasın deyə donbalmazdan əyilib götürdü. Aynadakı ləkələrin arasından sağ qaşının tacındakı sınığın sol qaşında olmasından şübhələnən Səfər Çaqqalın yadına öz adı düşdü sonra ardınca atasının adı, böyük atasının adı, sonra “Anam ölmədən, ondan böyük böyük babamın adını soruşmalıyam” fikri ağlının ucuna gəlib, yerini “Görəsən çaqqallar neçə il yaşayarlar?” fikrinə verdi.

Aynaya hoflayıb dondu. Köynəyinin iç qatı ilə ləkələri silməyə başladı. Pillələri çıxan qadın başmaqlarının səsi qapının dalında susduğu an Səfər Çaqqal köynəyini tərsə geyindiyini anladı.

“Zibilləri zibilqabından çıxardıb sizə ilin ən mundar zibil ödülünü verməliyəm!” fikri ilə qapını açıb eşiyə çıxdı. Pillə yolunda ayaqyalın oturan qadının yanında durub, zibillərdən tökülən tıncıxmış suyun ritmi ilə “Böyük babamın adı nədir?” deyə soruşdu.

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Araz Əhmədoğlu. Çaqqallıq

(Əmin Hacılının ilk hekayəsi haqqında) Əmin Hacılı sanki «şairlik»dən umudunu kəsib çağdaş düşüncəni başqalarına çatdırmağın gerçək yolunu nəsr ədəbiyyatında tapıb. O, bu yolu çox fərqli böyük bir addım ilə başlayıb qısa bir hekayədə özündə olan ədəbi çıxarı inanılmaz bir səliqə ilə görgüləşdirir. Bu yaradıcılığın ən gözə çarpan göstərgəsi (nişanəsi) neçə […]