Zəhraxanım Məmmədova. Sən yağış kimisən

Sən yağış kimisən,

Mən torpaq oluram.

Qoxumuz qarışanda

Meşələr islanır.

 

Sən günah kimisən,

Günahım yarıda qalıb.

İnsan yalanla barışır, ama

Gerçək bəhanələrlə barışmır

Heç vaxt.

 

Bir ağac yanır,

Tüstüsü eldə.

Alovu çəkilir,

Harayı məndə.

 

Söndürməsə də külək,

yetişir.

Dumanı aparır

bir ovuc yoncaya.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2024/08/21/edmund-husserl-kartezian-dusunceleri-10-23/ Məntiqi tədqiqat II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma Giriş (davamı) §3. Xalis fenomenoloji təhlilin çətinliyi Əsas məntiqi anlayışların aydınlaşdırılması çətinliklərinin təbii səbəbləri, son dərəcə ciddi fenomenoloji təhlilin çətinliklərindən ibarətdir; söhbət, eyni olan həmin bu çətinliklərin öz əsasında, (onların) xalis mahiyyətində (bütün empirik faktikiliyin və fərdi xüsusiləşmənin kənar […]