Həcər Atakişiyeva. “Ac həriflər” əsərinin bədii dil və üslub xüsusiyyətləri

Yaradıcılığı dram və hekayə janrında yazılmış əsərləri ilə olduqca zəngin olan Əbdürrəhim bəy Haqvеrdiyеv “Ata və оğul”, “Ayın şahidliyi”, “Xоrtdanın cəhənnəm məktubları”, “Bоmba”, “Şeyx Şəban”, “Həmşəri paspоrtu”, “Röya”, “Mirzə Səfər”, “Кeçmiş günlər”, “Uca dağ başında”, “Seyidlər оcağı”, “Qəndil”, “Çeşməк” “İt оyunu”, “Diş ağrısı”, “Qоca tarzən” və s. kimi Azərbaycan ədəbiyyatı üçün qiymətli olan əsərlər yazmışdır. Ədibin yaradıcılıq nümunələri öz bitkinliyi, aliliyi, zənginliyi, məzmun yeniliyi, çoxcəhətliliyi ilə onu ədəbiyyatımızın parlaq siması kimi tanıdır. Korifey yazıçı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, ictimai-siyasi teatr xadimi olan Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığında dövrün bir sıra mühüm məsələlərinin bədii həllini vеrdiyi əsərlərdən biri də 1911-ci ildə yazdığı “Ac həriflər” əsəridir. Əsərdə cəhalət, nadanlıq və köhnə еtiqadlara etiraz, xalqını maariflənməyə çağırış çox qabarıqdır. Yazıçının “Ac həriflər” əsəri yetkin bir məzhəkədir. Ədib “Ac Həriflər” əsərinə görə “Humay” mükafatına layiq görülüb. Əsərdə hadisələr Həsən dayının yeməkxanasında baş verir. Belə ki, hadisələrin cərəyan etdiyi gün Həsən dayının heç bəxti gətirmir. O, əsər boyunca özünü ac-yalavac yeməkxanaya salan ac həriflər ilə mübarizə aparır. Bu ac həriflər yeməyi yedikdən sonra pul ödəməmək üçün Həsən dayıya kələk gəlirlər. Həsən dayı özü bunu ironik şəkildə ifadə edir: “Çörəyi yeyən qaçır…”

Əbdürrəhim bəy Haqverdiyevin bu kiçik həcmli səhnə əsəri olan “Ac həriflər” vodevil janrında yazılıb. “Ac həriflər” əsəri bədii dil və üslub xüsusiyyətləri ilə Azərbaycan ədəbiyyatında dəyərli yer tutur. Əsərin süjet xətti ilk baxışda çox sadədir. Hadisələr ötən əsrin əvvəllərində tipik bir Azərbaycan şəhərindəki yeməkxanaların birində təsvir olunur. Müəllif Həsən dayının yeməkxanasında baş verən hadisələrin və söhbətlərin fonunda dövrün mühitini canlandırır. Əsərin əsas obrazları Həsən dayı və onun yeməkpaylayanı Zərbəlidir. Pyesdə “ac həriflər” kimi tənqid hədəfinə çevrilənlər isə özünü ac-yalavac yeməkxanaya salan həriflərdir. Onlar yeməyi yedikdən sonra pul ödəməmək üçün Həsən dayı və onun yeməkpaylayanı Zərbəliyə kələk gəlib, qaçırlar. Bəxtsiz Həsən dayı və Zərbəlinin acizliyi oxucuda gülüş doğurur. Ədib yeməkxanaya gələn ac həriflərin hərəsini bir sənətin sahibi kimi təsvir edir. Yazıçı əsərdə dövrün “quru bəylər”inin prototipini yaratmışdır. Belə ki, onların heç biri yediyi yeməyin pulunu vermək istəmir. Dövrün “ac həriflər”i öz kələkləri ilə Həsən dayını aldatmaqla özləri ifşaedici gülüş hədəfinə çevrilirlər.

Haqqında danışdığımız bu əsər 1993-cü ildə tammetrajlı film-tamaşası şəklində ekranlaşdırılıb. Əsər məzmununa, maraqlı obrazlarına, dilinə, mövzusunun əhəmiyyətinə görə olduqca qiymətlidir. Əbdürrəhim bəy Haqverdiyev bu pyesini xalqını böyük məhəbbətlə sevən, onun övladlarını daim tərəqqidə görmək istəyən alovlu vətənpərvər dramaturq kimi qələmə almışdır. Görkəmli yazıçı və ictimai xadim olan Əbdürrəhim bəy Haqverdiyev “Ac həriflər” əsərinin baş qəhrəmanı olan kababçı Həsənin xarakterindəki ziddiyyətləri ən kiçik detallarına kimi təsvir edə bilmişdir. Dramaturq əsərdə geniş məkan təsvirlərinə yer verir. “Kababçı Həsənin dükanı. Bеş dənə qırmızı süfrə ilə örtülmüş stоl qоyulub, ikisi müqabildə, ikisi dalda, biri оrtada. Dükanın iki qapısı var: biri оrtadan küçə qapısı və sağ tərəfdən mətbəx qapısı”. Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər” əsərində kababçı Həsənin sözləri ilə dövrün “quru bəylər”ini belə ifşa edir: “Bu da bəy! Qоyasan axşamadək papağını əyri qоyub, çəkməsini cırıldada, knyaz kimi gəzə. Cibində də bir qəpik qara pul yоx! Adamla da еlə danışır, guya Babaxan sərdarın оğludur! Apar, istəmədim о iki manat yеtmiş üç qəpiyi. О da sənin, Allahın min bir bəlası da! Adın da utanmır, bəy qоyur”. “Ac həriflər” əsərində tipik obrazlar yaradılmış və həmin obrazlar vasitəsilə milləti özünü dərk etməyə, inkişafa çağırış edilmişdir. Əbdürrəhim bəy Haqverdiyev pyesdə milli koloritdən və məişətdən istifadə edərək, mədəniyyəti təbliğ etmiş, köhnəliyi tənqid edərək, insanları yeni dünyada yeniliyi duymağa çağırmışdır. Bu əsərdə ədib portret yaradıcılığını olduqca inkişaf etdirməyə nail olur. Əsərin ideyası əsərdəki surətlərdə özünü tapıb. Ədib əsərin ideyasını konkret seçərək, həmin ideya vasitəsilə insanlara konkret və aydın fikirlər aşılayır. Dramaturq pyesdə dövrün həqiqətlərini göstərməyi bacarıb. Əsərdə müxtəlif taleli, müxtəlif xarakterli insanların həyatına yazıçı yanaşması açıq şəkildə görünür. Əbdürrəhim bəy Haqverdiyevin seçmiş olduğu mövzu və problemlərin qoyuluşu baxımından əsər olduqca böyük əhəmiyyətə malikdir. Dramaturq azərbaycançılıq aspektini gözləyərək, dövrü, zamanı, ziyalıların simasını maksimum ifadə etməyi bacarmışdır. Əsərdə millətin mənəvi dəyərlərinin qorunması, onun zənginləşdirilməsi, dünya dəyərlərinin gücləndirilməsi problemləri qaldırılıb. Ədib “Ac həriflər” əsərində tipik obrazlar vasitəsilə xalqa gerçəklikləri göstərməyə cəhd edir. Dramaturqun əsas amalı ideal Azərbaycan və onun inkişafı olmuşdur. Ümumiyyətlə, Əbdürrəhim bəy Haqverdiyevin bütün yaradıcılığında mövhumat, cəhalət, ədalətsizlik, insan hüquqlarının tapdanması, milli azadlığın boğulması, qara qüvvələrin ifşası, savadsızlıq kimi mövzuların həlli yolları göstərilir. Ədib insanları, cəmiyyəti yeniliyə çağırmış və aparmışdır. Onun “Ac həriflər” əsərində toxunduğu məsələlər böyük tərbiyəvi əhəmiyyət kəsb edir.

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Kəmaləddin Qədim. Qanun hökm eləyir, hakim qol çəkir

Bağ-bağça nə halda qalmış, Çiçək solub kolda qalmış. Neçə-neçə yolda qalmış gözün xətrinə buraxın, buraxın, Əjdər Olu… Çox yapmayın sözün-sovun, Namərd eləməyin qovub. Qəlbində odun-alovun, közün xətrinə buraxın, buraxın, Əjdər Olu… Ha fırlat, ha düzü çevir, Düz düz oğlu düzü sevir. Beşi sevmir, yüzü sevir, Yüzün xətrinə buraxın, buraxın, Əjdər […]