Dikkensin aforizmləri

“Ağıl kimi, ürəyin də müdrikliyi  var”.

***

“Pis adamlar olmasaydı, yaxşı vəkillər də olmazdı”.

***

“Qoy sənin heç vaxt daşa dönməyən ürəyin, korlanmayan xasiyyətin və kimisə incitməyən toxunuşun olsun”.

***

“İnsan zəifliyi içərisində ən maraqlı və bağışlanılası hiss məhəbbətdir”.

***

“Bayramın ən yaxşı hissəsi – bitəndən sonra onun haqqında danışmaqdır”.

***

“Mən bir nəfər də amerikalı centlmen tanımıram. Bu iki sözü yanaşı işlətdiyimə görə Tanrı günahımdan keçsin”.

***

“Başqalarını təkmilləşdirmədən təkmilləşə bilməzsən”.

***

“Başqasının yükünü yüngülləşdirən hər bir kəs dünyaya fayda verir”.

***

“Ağlını itirmiş diri insan ölüdən də dəhşətlidir”.

***

“Dahi insanlar nadir hallarda geyimlə bağlı vasvası olur”.

***

“Əzizlərim, iştahanızı idarə edə bilsəniz, varlığınıza hakim kəsiləcəksiniz”.

***

“Biznesin ilkin qaydası – başqasıyla onun səninlə davrandığı kimi rəftar etməkdir”.

***

“Həqiqət həmişə cəsur görünür”.

***

“Heç vaxt görüntüyə bel bağlama, yalnız faktlara söykən. Bundan yaxşı qayda yoxdur”.

***

“Dəyişikliklər dəyişikliklərə yol açır”.

***

“Zəhmət – hər işin canı və rifahın təminatçısıdır”.

***

“Açıq və ya gizli, deyilmiş və ya deyilməmiş olsa da, yalan həmişə yalandır”.

***

“Həyat bizə son ana qədər onu mərdliklə qorumaq üçün verilib”.

***

“19 funt 96 pens məxarici olan 20 funt illik gəlir xoşbəxtlik, 20 funt 6 pens məxarici olan 20 funt illik gəlir isə bədbəxtlikdir”.

***

“Əndazəni aşan yemək-içmək mədəni korladığı kimi, əndazəni aşan gözəl həyat da xasiyyəti korlayır”.

***

“Nə iş görürsən gör, amma mütləq zahiri görkəmini qoru”.

***

“Elə anlar olur ki, nanəciblik nəciblik kimi görünür”.

***

“Ən acı həqiqət ondan ibarətdir ki, hətta daxilən ən varlı insanların da daxilən çox kasıb yaxınları olur”.

***

“Dünyada özünü aldatmaqdan böyük aldanış yoxdur”.

***

“Mən yenə ağladım, amma bu dəfə ürəyimdə. Və bu, ən acı göz yaşları idi”.

***

“Uğursuz izdivaclardan olan uşaqlar evlənməyə daha çox can atırlar”.

***

“Xeyriyyəçiliklə məşğul olan insanlar iki qrupa bölünür: biri heç nə eləmədən aləmə car çəkməklə, o biri aləmə car çəkmədən iş görməklə məşğul olur”.

***

“İstənilən yol yoldaşı təklikdən daha yaxşıdır”.

***

“Uşaq üçün ən ağrılı məşğuliyyət – qəddar atanın ürəyinə olan yolu tapmaqdır”.

 

aydinyol.aztc.gov.az

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Sabina Urraka. Əcaib əkizlər (romandan parça)

Sabina Urraka – Əslən İspaniyanın Bask əyalətindən olan Sabina Urraka Tenerifedə boya-başa çatıb, 15 ildən artıqdır ki, Madriddə yaşayır. O, sığorta satış təmsilçisi, ofisiant, ssenarist, müxbir və teleaparıcı kimi çalışıb. Hazırda İspaniyanın El Pais, El Diario.es, Vice və Cinemania nəşrləri ilə əməkdaşlıq edir. Sabina Urraka “Fulgencio Pimentel” nəşriyyatında çap olunan, “Xavier Morote” […]