Mən pəncərəyə, o, çölə tərəf,
Mən yağışa, o, günə tərəf.
Xatirimdə son bir gün var,
Üfüq yolu unudulmağa tərəf.
Məndən uzaq, sənə yaxın,
Sevincə uzaq, qəmə yaxın.
Gün batımına saniyələr var,
Gözlərimə uzaq, ruhuma yaxın.
Ruhum üçün dünya özgə,
Küçələr doğma, insanlar özgə.
On ikiyə on beş dəqiqə var,
Qaranlıq yaxın, səssizlik özgə.
Düşüncələr səsli, dil səssiz,
Notlar cingiltili, piano səssiz.
Son mahnının hekayəsi var,
Hekayə yaralı, məna səssiz.
Sözüm sağ, sətirim yaralı,
Qələmim mürəkkəbdən yaralı.
Buludlara çatmağa bir qarış var,
Ruhum səbrsiz, qanadlarım yaralı.