Edmund Husserl. Kartezian düncələri

Əvvəli: https://klv.az/2024/07/03/edmund-husserl-kartezian-dusunceleri-10-17/

 (davamı)

Düşüncə V. TRANSSENDENTAL VARLIQ SFERASININ AÇILMASI MONADOLOJİ İNTERSUBYEKTİVLİK KİMİ

§ 59. Ontoloji eksplikasiya və onun bütövlükdə transsendental fenomenologiyanın konstitutiv quruculuğunda yeri

Biz fəlsəfə üçün əsas olan intuitiv dərketməni, təhlilin qarşılıqlı əlaqə kəsimlərinə bölünməsinin gedişində və qismən də, onların bu yolda labüd olaraq meydana çıxan yeni problemlərinin və zəruri formalarının onunla yanaşı addımlayan ilkin cizgilərinin qaydaya salınması sayəsində əldə etmişik.

Mövcud dünya təcrübəsi olaraq bizə öncə verilmişlərdən çıxış etməklə və ümumiyyətlə mövcud dünya təcrübəsi olaraq bizə öncə verilmişlərdən eydetik quruluşa keçməklə, biz transsendental reduksiyanı həyata keçirdik, yəni bu öncəmövcudluğun və transsendental eqonun bütün moduslarının sonrakı mövcudluqlarının konstruksiyalaşmasına və ya ümumiyyətlə eydetik modifikasiyalarla hansısa transsendental eqoya qayıtdıq. Bununla belə, dünyanın harmonik yekdilliyini göstərən transsendental eqo, özü öz daxilində dünya təcrübəsi əldə edən eqo kimi qəbul edilmiş oldu. Belə bir quruluşun mahiyətini və onun eqoloji səviyyələrini dərk etməklə, biz yeni növ apriorluq, yəni konstitutiv apriorluq üzə çıxardıq. Biz özümüz üçün, onun ilkinqaydalı xüsusi mahiyyət sferasında, eqonun bu xüsusi mahiyyəti əsasında ona əlaqəli mahiyyət asasında yanaşmaqla “başqalarının” bütün müxtəlif səviyyələrinə aid konstrusiyalaşmalardan, özü özünə konstruksiyalaşan eqonu fərqləndirməyi öyrəndik. Biz nəticədə onun əsaslı formalarının quruluşu ilə birgə mənim öz eqomda, mənim ücün və ümumiyyətlə hər cür eqo üçün həmişə qabaqcadan verilmiş və obyektiv mövcud dünyanın müvafiq aprior-formal stili ilə fərqlənərək məna qatlarında formalaşmağında davam edən korrelyat olaraq həyata keçirilmış universal birlik əldə etdik. Bu quruluşun özü də aprior kimi ortaya çıxır. Mənim eqomda və mənim əsas modifikasiyalarımda intensional başa çatan və intensional olaraq motivləşdirilən şeylərin son dərəcədə radikal və ardıcıl izahı zamanı aydın olur ki, movcud obyektiv dünyanın ümumi faktiki strukturu, – sadə təbiət kimi, psifofiziki vücud kimi, onun müxtəlif səviyyəli sosiallıqlarının və mədəniyyətlərinin bəşəriliyi kimi – özündə yüksək dərəcə geniş, hətta mümkündür ki, hal-hazırki məqamda bizim özümüzdə təsəvvür etdiyimizdən daha geniş mənada zəruri mahiyyət kəsb edir.

Əlbəttə, buradan özlüyündə həmin zəruri nəticə çıxır ki, real dünyanın aprior ontologiyasını həll etmək üçün çağırılan və məhz onun universallığına daxil edilmiş apriorluğun üzə çıxarılmasından ibarət həmin məsələ, hərçəndi labüd olaraq meydana çıxsa da, bununla belə, digər tərəfdən birtərəfli olduğu üçün, son nəticədə, fəlsəfi məsələ deyil. Çünki bu növ ontoloji apriorluq (məsələn, təbiətdə, psixofiziki varlıqda, sosiallıqda və mədəniyətdə baş verən apriorluq), faktiki dünyaya onun təsadüfi xassələri ilə, ontik faktlara nisbi aydınlıq gətirir, hərçəndi bu aydınlıq, bu cür vəziyyətdə, məhz xüsusi aydın formada mahiyyətli qanunlar əsasında izlənilsə də, bununla belə, o, qeyri-fəlsəfi, yəni qeyri-transsendental olur. Axı fəlsəfə sonuncu, həm də daha konkret mahiyyətli zəruriliklərə əsaslanan aydınlaşma tələb edir, beləsi isə, hansısa bir obyektiv dünyanın transsendental subyektivlikdə əsaslı möhkəmliyini təmin edən həmin aydınlaşmadır ki, bu da dünyanı konkret olaraq konstruksiyalaşmış məna kimi başa düşməyə imkan verir. Və bu şəkildə başa düşülən dünyaya verilə bilən ən yüksək və son suallar, yalnız hələ bundan sonra açılır. Yenicə başlayan fenomenologiyanın uğurlarından biri o idi ki, ona tətbiq edilən xalis metodlar, eyni zamanda eydetik intuisiyalar, məntiq ehtibarı ilə müşahidələrdən uzaq anlayışlarla, yaxud, başqa, bilavasitə onları obyektiv dünyanın ümumi ontologiyası ilə əhatə edən cəhdlərlə xüsusi aprior elmlərin (xalis qrammatikanın, xalis məntiqin, hüquq haqqında xalis təlim, intiutiv təcrübədə dərk olunmuş təbiətin mahiyyəti haqqında təlim və s) qurulmasının konkret müşahidələrinə əsaslanan əməliyyatlar aparmaqla, prinsipial olaraq XVIII əsrin ontologiyasından fərqlənən yeni ontologiyanın yaradılması səylərinə gətirib çıxardı.

Bu münasibətlə, ilk növbədə, tam konkret olaraq bizi əhatə edən insanların özündən və ətraf aləmlə əhəmiyyətli dərəcədə bağlı olan bu insanın özünün həyati dünyasından başlamağa və ümumiyyətlə xalis intuitiv olaraq belə bir ətraf aləmin son dərəcə geniş olan və indiyədək üzə çıxarılmayan apriorluğunu izləməyə, insan mövcudluğunun əsaslı strukturunu və korrelyativ yanaşma ilə onda açılan dünya qatlarını sistematik şəkildə araşdırmaq üçün, onu çıxış nöqtəsi olaraq qəbul etməyə, heç nə mane olmur. Lakin bizim bilavasitə əldə etdiyimiz şey, hərçəndi özündə aprior sistemi təmsil etsə də, bununla belə, əgər konstitutiv problematika spesifik fəlsəfi səviyyəyə aid olan kimi açılarsa və əgər təbii dərketmənin əsası transsendentallıqla əvəzlənərsə, yalnız bu halda, fəlsəfi mənada – əvvəl deyilənlərlə uyğunluqda – və həm də apriorluğun son mənbələrinin anlaşılması ilə əlaqələndirilmiş mənada, ilk dəfə aydın şəkil alır. Bu onu göstərir ki, bilavasitə təbiiliyə sadiq olan nə varsa, hamısı yeni başlanğıcda təzədən düzülürlər və qəti bir şey kimi tənqidi şərh olunmamalıdırlar. Eydetik intuisiya metodlarına əsaslanmaqla ümumiyyətlə fenomenoloji adlanan və fəlsəfi mənaya iddia edən həmin fakt, yeganə olaraq ona görə tam hüquqludur ki, hər bir həqiqi intuisiya konstitutiv qarşılıqlı əlaqələrdə öz yerinə malikdir. Ona görə də eydetik zəruri (aksiomatik) vəziyyətlərin qurulan hər cür intuitiv sferası, aprior olaraq pozitivlik modusunda aparılan ilkin vacib işlərə xidmət edir ki, bunun da nəticəsi indi, onun noetik olduğu kimi, eləcə də noematik aspektdə tam intuitiv konkretliyə nail olmaq üçün transsendental istiqamət verən xətt olmalıdır.

Vacib və tamamilə yeni momentlərin açılması ilə konsttitutiv sferaya qayıdış – əgər eyni zamanda, ontik sahədə baş verən qorizontların gizli mənalarının açılışından imtina edəriksə, onda aprior müəyyən etmənin dəyərini əhəmiyyətli dərəcədə məhdudlaşdıran bu etinasızlıq, həm də onların tətbiqini ehtibarsız edər – bizim araşdırmamızın monadoloji nəticələrini göstərir.

Tərcüməçi: Obaçı

Davamı: https://klv.az/2024/07/20/edmund-husserl-kartezian-dusunceleri-10-18/

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Taypan. Uilyam Somerset Moemin hekayəsi

Ca İyl 11 , 2024
Uilyam Somerset Moem (1874-1965) görkəmli ingilis yazıçısı, dramaturqu, esseçisi, həkimi və hərbi casusu olub. Onun ədəbi məhsuldarlığını göstərən rəqəmlər vaxtilə çoxlarını heyrətləndirib – 78-dən çox kitab və 30-dan çox pyes. Yazarın nisbətən məşhur romanları sırasına “Teatr”, “Ay və quruş” və “İnsan iztirablarının yükü” daxildir. Bununla yanaşı, o, 300-dən çox hekayə də qələmə […]