“Bir-birinizi anlamaq üçün xasiyyətcə oxşar, sevmək üçün fərqli olmalısınız”.
***
“Azadlıq – istədiyini etmək yox, istəmədiyini etməməkdir”.
***
“Səbir acı olsa da, bəhrəsi şirindir”.
***
“Az bilən insan çox, çox bilən insan az danışır”.
***
“Dünya nədən bu qədər qəddardır? Axı uşaqlıqda hamımız möcüzələrə inanırdıq”.
***
“İnsan ikicə ilə danışmağı, ömrünün sonunacan susmağı öyrənir”.
***
“Hərəkətsiz həyat letargiya yuxusuna bənzəyir”.
***
“Öz-özlüyündə həyatın heç bir qiyməti yoxdur. Məsələ onu necə xərcləməkdədir”.
***
“Bütün zalımlıqlar məzlumluqdan doğulur”.
***
“Vədlərində ehtiyatlı olanlar onun icrasında daha dürüstdür”.
***
“Düşməndən sülhü satın almaq, onu yeni müharibə üçün təchizatlandırmaqdır”.
“Cibində olan pul səni azad, ardınca qaçdığın pul isə kölə edir”.
***
“Dərindən sevmək – özünü unutmaq deməkdir”.
***
“Ədalətsizliyi görüb susmaq onun iştirakçısına çevrilməkdir”.
***
“Nə qədər yaşadığından yox, nəyin naminə yaşadığından danış”.
***
“Əzaba qatlaşa bilməyən adam hələ çox əzablara məhkumdur”.
***
“Təsirli sevgi məktubu yazmaq üçün nə dediyini bilmədən başlamalı, nə yazdığını bilmədən bitirməlisən”.
***
“Təhqir – haqsız insanların silahıdır”.
***
“Ciddi mənada demokratiya heç vaxt mövcud olmayıb və olmayacaq. Çoxluq azlığı idarə edə bilməz”.
***
“Bir saatlıq iş bir günlük izahatdan daha səmərəlidir”.
***
“İnsan olduğu kimi olanda güclü, bəşəriyyətə meydan oxuyanda zəif görünür”.
***
“Müdrik insan artıq göründüyündən bir dəqiqə əvvəl çıxıb gedir”.
***
“Ruhun da bədən kimi öz tələbatları var”.
***
“Xoşbəxtlik – yaxşı pul, yaxşı aşpaz və yaxşı həzmdən ibarətdir”.
***
“Gənclik – müdrikliyin mənimsəmə dövrüdür”.
***
“Vaxtdan yaxşı istifadə onun əyarını daha da artırır”.
***
“Kişi özündən aşağı qadınla evlənəndə alçalmır, əvəzində xanımını ucaldır. Əksinə, özündən üstün qadınla evlənəndə xanımını da alçaldır, özünü də”.
***
“Əgər uşaqların canındakı dəcəllikləri öldürsəniz, dahilər yetişməyəcək”.
***
“Bizim müəllimlərimiz – təcrübə və duyğudur”.
***
“Ürək – qanunverici, beyin – icraedici hakimiyyətdir”.
***
“Nə qədər dürüst adam olsa da, əgər o, katolik yepiskopudursa, yalan danışmağa məhkumdur”.
***
“Kömürçünün arvadı hökmdarın məşuqəsindən daha hörmətlidir”.
***
“ Düzünü bilmək, çox bilməkdən daha faydalıdır”.
***
“İnsanlar qəddar, amma insan özü mərhəmətlidir”.
***
“Kitablar insanlara yalnız anlamadıqları barədə danışmağı öyrədir”.
***
“Uşaqlara uşaqlıqdan yetişməyə imkan verin”.
***
“Bəziləri qəbrə yüz yaşında girsə də, doğulan gündən ölüdür”.
***
“İngilislər özlərini azad xalq hesab edir. Amma böyük səhv edirlər. İngilis yalnız parlament seçkiləri zamanı azaddır. Seçki bitən kimi – kölə, heç kimdir”.
***
“Zaman – donuq əbədiyyətin hərəkətli obrazıdır”.
***
“Gözlə görünməyən hər şey gözəldir”.
***
“Reallığın öz sərhədləri var, təxəyyül isə sərhəd tanımır”.