Dünya Gənc Türk Yazarlar Birliyinin yeni kitabları nəşr olunub

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Tanı, oxu, tanıt” ədəbiyyat könüllülüyünün təbliği layihəsi çərçivəsində təşkilatın “Ədəbi toplu-2024” və “Ədəbiyyat könüllülüyü” nəşrləri işıq üzü görüb. Layihə rəhbəri DGTYB başqanı İntiqam Yaşar, kitabın məsləhətçisi Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, redaktoru DGTYB baş katibi Taleh Mansur, kitabın tərtibçiləri DGTYB başqan müavini Ayşən Rəhim, DGTYB üzvü Rizvan Fikrətoğlu, dizayn-tərtibatçısı isə DGTYB İdarə Heyətinin üzvü Sərvər Kamranlıdır. Layihə çərçivəsində nəzərdə tutulmuş tədbirlərdə kitabın Bakıda və regionlarda təqdimatları nəzərdə tutulub.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ləman Abasova. Susqun Bakı

Bakı kimsəsizdi, Bakı yetimdi. Uzaq sahillərə dikilən qara qızıl gözləri İşığını itirmiş fənər təkin sönükdü. Ayaq biləklərində ötən illərdən miras qalma buxov izləri Dodaqlarını deyə bilmədiyi sözlər uçuqlatmışdı. Yöndəmsiz kəsilən saçları İçində özünü öldürüb yenidən doğan qadınlarınkitək dağınıqdı. Xəzrinin ara-sıra sərt həqiqətlərlə vurduğu bənizi qabarlaşmış, çatlara, qırışlara yuva olmuşdu. Qocalmışdı, […]