Xəzər Universitetində  Ömər Faiq Nemanzadəyə həsr olunmuş  “Solmadı gülzarın , Faiq əfəndi “ adlı tədbir keçirilmişdir

 

2024-cü il aprel ayının 9-da Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin və “Çapar” yayın evinin birgə təşkilatçılığı ilə  Azərbaycan ictimai fikrinin inkişafında, milli mədəniyyətimizin tərəqqisində, yeni ideaların möhkəmlənməsində mühüm rol oynamış, görkəmli ziyalı, böyük maarifçi Ömər Faiq Nemanzadənin həyat və yaradıcılığına həsr olunmuş tədbir təşkil olunmuşdur. Tədbiri Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri, dos. Dilbər Zeynalova açaraq, Ömər Faiq əfəndinin Azərbaycan publisistikasının inkişafında əvəzsiz xidmətlərindən söz açmış, onun mollanəsrəddinçilərin ideya rəhbərlərindən biri olduğunu xüsusi vurğulamışdır. Sonra çıxış üçün söz Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri prof. Hamlet İsaxanlıya verildi. Prof. H. İsaxanlı “Molla Nəsrəddin” jurnalının təsis edilməsində Ö.F.Nemanzadənin rolundan, əməkdaşlıq etdiyi “Şərqi-Rus” qəzetində, sonra isə Tiflisdə “Qeyrət” mətbəsində, “Molla Nəsrəddin” jurnalındakı fəaliyyətindən, keçdiyi həyat yolundan və xatirələrindən ətraflı söhbət açdı. O, Faiq əfəndinin təkcə maarifçi-demokratik ideyaların carçısı, publisist, mətbuat nümayəndəsi olmadığını, onun həm də bir təhsil işçisi, müəllim və maarifçilik ideyalarını təbliğ edən vətənpərvər olduğunu  bildirdi. Prof. Hamlet İsaxanlı çıxşında Ö.F.Nemanzadənin varislərindən, xüsusilə onun irsinin yorulmaz təbliğatçısı hazırda Böyük Britaniyada Azərbaycan diasporunun nümayəndəsi Ülviyyə Pepinovanın fəaliyyətini yüksək qiymətləndirdi. Daha sonra ”Çapar” dərgisinin və Çapar yayınlarının təsisçisi Yusif İlhamoğlu jurnalın Ö.F.Nemanzadəyə həsr olunmuş xüsusi buraxılışlarından geniş bəhs etdi.  Sonda  prof. H.İsaxanlı tələbələrin suallarını cavablandırdı və iştirakçılara təşəkkürünü bildirdi.

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2024/04/03/edmund-husserl-kartezian-dusunceleri-16/  (davamı) Düşüncə V. TRANSSENDENTAL VARLIQ SFERASININ AÇILMASI MONADOLOJİ İNTERSUBYEKTİVLİK KİMİ § 46. Xüsusi sahə, təəssüratlar axınının aktuallıq və potensiallıq sahəsi kimi İndiyə qədər biz fundamental anlayış olan“ xüsusi məni” mənə münasibətdə “başqası- olmayan” kimi, yalnız dolayı şəkildə xarakterizə edirdik ki, bu da öz növbəsində, “başqasının” anlayışına əsaslanırdı və buna […]