Əvvəli: https://klv.az/2024/04/03/edmund-husserl-kartezian-dusunceleri-16/
(davamı)
Düşüncə V. TRANSSENDENTAL VARLIQ SFERASININ AÇILMASI MONADOLOJİ İNTERSUBYEKTİVLİK KİMİ
§ 46. Xüsusi sahə, təəssüratlar axınının aktuallıq və potensiallıq sahəsi kimi
İndiyə qədər biz fundamental anlayış olan“ xüsusi məni” mənə münasibətdə “başqası- olmayan” kimi, yalnız dolayı şəkildə xarakterizə edirdik ki, bu da öz növbəsində, “başqasının” anlayışına əsaslanırdı və buna görə də, axırıncı şey kimi tələb olunurdu. Lakin “xüsusinin” mənasını aydınlaşdırmaqdan ötrü, indi onun həm də müsbət xarakteristikasını işləyib hazırlamaq daha vacibdir, yəni eqonu mənim xüsusi sferamda müsbət səciyyələndirmək lazımdır. Bu xarakteristika yalnız əvvəlki paraqrafın sonuncu sətirlərində qeyd edilmişdir. Nə isə daha ümumi bir şeydən başlamaq lazımdır. Əgər təcrübədə bizim qarşımızda, onu başa düşmək üçün konkret hansısa predmet dayanırsa və həm də onu başa düşmək üçün biz diqqətimizi ona yönəldiriksə, onda bu sadə başa düşmədə, o mənim xüsusi sferamda yalnız, empirik müşahidənin olsa-olsa, qeyri-müəyyən predmeti kimi mənimsənilir. Əgər bizim təcrübə müəyyən edən kimi və ilk növbədə, bu predmetin özü, özü-özündən izah olunan kimi, yəni xalis eksplikasiya kimi davam edərsə, o müəyyən olunmuş forma olur və sonralar da müəyyən olunur. Eyniləşdirmənin fasiləsiz, əyani suntezində, özü-özünə eyni olan kimi verilən predmetin əsasında, özünün artikullaşdırılmış sintetik hərəkəti ilə, bu eksplikasiya ayrı-ayrı müşahidələrin zəncirində həmin predmetin özünə məxsus daxili müəyyənliyini genişləndirir. Sonuncular əvvəlcə yalnız bu cür müəyyənliklər meydana çıxarır, belə ki, özü-özünə oxşar olan o, necə vardırsa, eləcədir, həm də müstəqil olaraq özü öz daxilindədir və onun eyni olan varlığı da, o cümlədən onun var olmasına münasibətdə, onun özünün ayrıca tərkibində izah olunur. Bu xüsusi mahiyyət kəsb edən məzmun artıq ümumi cizgilərdə olur və qorizontun planında qabaqcadan təxmin edilir, sonra isə yalnız eksplikasiya vasirəsi ilə orginaliter (xüsusi mahiyyətli əlamətin, spesifik sahə və ya xüsusiyyətin daxili mənası ilə edilən kimi) müəyyən olunur.
Deyilənləri bizim hadisədə tətbiq edək. Transsendental reduksiya mexanizmində, taranssendental eqo kimi, özüm haqqında reflektiv fikirləşməklə, mən bu eqo kimi özüm üçün özümə məxsus qavrayışda, əsasən də dərhal anlayan qavrayışda verilirəm. Mən həm də onu dərk edirəm ki, hərçəndi qavrayışda başa düşülmüş olmasam da, artıq əvvəl də həmişə mövcud olmuşam və ən birinci müşahidə predmeti kimi (bu sözün geniş mənasında), qabaqcadan özümə verilmişəm. Bununla belə, mən bütün hallarda, hələ daxili xassələri açılmamış, özümün xüsusi açıq hüdudsuz qorizontlarıma malik oluram. Həmçinin mənim xüsusi məzmunum eksplikasiya sayəsində də açılır və onun nəticələrindən özünün əzəli mənasını əldə edir. Nə vaxt ki, mənim nəzərlərim mənim özümə, mənim qavrayışımdakı məlumatlara və hətta “MƏN varam”-in və onun vahid fasiləsiz sintezində ilkin təcrübi özünüdərketmənin özü özü ilə daimi eyniliyinə yönəlir, o ilkin olaraq təcrübədə və eksplikasiyada açılır. Bu eyniliyin xüsusi mahiyyətini təşkil edən nə varsa hamısı, onun istiqaməti kimi, onun həqiqi və ya gerçək eksplikatı kimi xarakterizə olunur, belə ki, ondansa, özüm özümdə öz eyniliyimi saxlayaraq, mən bir növ tək olaraq özümün xüsusi oxşar varlığımı açıram. Burada aşağıdakıları nəzərə almaq lazım gəlir: hərçəndi mənin özümün özümə məxsus qavrayışım haqqında, əsasən də mənim konkret eqom haqqında danışmaq hüququm var, bu onu göstərmir ki, mən qavrayışın görmə modusunda hansısa bir şeyi izah etdiyim zaman, dayanmadan xüsusi, tək bir qavrayışın dairəsində fırlanıram və ona görə də başqa heç bir şeylə deyil, yalnız qavrayışın eksplikatları ilə iş görürəm. Axı mənim xüsusi mahiyyətimin varlıq qorizontunun eksplikasiyası ilə mən bəri başdan mənim immanent müvəqqətiliyimə və bununla belə, təəssüratlar axınının açıq nəhayətsizliyi formasında və necəsə mənim bu axına qoşulan və mənim eksplikativ fəaliyyətimin də daxil olduğu bütün xüsusi müəyyənliklərım formasında varlığıma sövq edilirəm. Gerçək bu günümüzə keçməklə, o özlüyündə, qavrayış modusunda yalnız gerçək bu günümüzdə axan şeyləri tapa bilər. Mənim özümün keçmişim onun daxilində yada salma vasitəsi ilə, bütün fikirləşilən üsullardan daha qabaqca açılır. Hərçəndi mən özüm özümə daimi olaraq orginaliter verilsəm də, bununla belə, mənim xüsusi mahiyyətimə aid olan şeyləri hər addımda eksplitsiasiya edə bilərəm, bu eksplitisasiya əhəmiyyətli dərəcədə elə bir şüur aktlarında həyata keçirilir ki, onlar mənim xüsusi mahiyyətimə aid müvafiq momentlərə münasibətdə qavrayış kimi ortaya çıxmırlar. Eynilə MƏN kimi yaşayan, mənim təəssüratlar (duyğular) axınım, axın kimi, mənə yalnız bu cür mümkün ola bilər; belə ki, şübhəsiz, ilk növbədə, o da mənim xüsusi mahiyyətimə aid olan aktuallıqlarla, sonra isə, potensiallıqlarla mümkündür., “Bir çox bu və ya digər təəssüratları işə salmaqla, irəli və ya geri baxa bilərəm”, “ mənim müvəqqəti varlığımın qorizontunu aça və onun daxilinə nüfuz edə bilərəm”, o cümlədən, MƏN bacarar və ya bacara bilərdim “ görünüşünə aid bütün bu imkanlar, şübhəsiz, mənim xüsusi mahiyyətimə münasibətdə mənim özümə məxsusdur.
Lakin hər ehtimala qarşı, əvvəlki izah, nə vaxt ki, o təcrübənin özündə dərk olunan şeyləri, məhz özüdərketmənin orijinal təcrübəsi zəminində aşır, deməli, onun həmin özümövcudluğunu da yaradır, belə ki, o bununla belə, düşünülən bütün mövcudluqlardan ən əzəlisidir. Transsendental özüqavrayışın (“MƏN varam” apodiktik aşkarlığı) apodiktik aşkarlığı, baxmayaraq ki, yuxarıda göstərilən yanaşmaya görə məhduddur, bu izah etmədə genişləndirilir.
Qeyri-məhdud apodiktik aşkarlıqda özü-özünə izah etmə yalnız universal strukturlu formalar üzə çıxarır, belə ki, mən onda eqo kimi mövcud oluram, yəni mahiyyətli universallıqla və yalnız onun daxilində mövcud oluram.
Varlıq üsulu bura (hərçəndi tək o yox), ümumiyyətlə hansısa universal həyat formalarında, hansısa universal zamanın daxili müvəqqətiliyi kimi, onun daimi olaraq xüsusi təəssüratlarda özünütəşkiletmə və s. formalarında aiddir. Qeyri-müəyyən ümumilik əldə edən bu universal apodiktik aprioriyə, həm də, digər tərəfdən, müəyyən olunmaq imkanları, daha sonra, məsələn, ozünün xüsusi keçmişi haqqanda aşkar xatirələri qeyri-mükəmməl olsa da, hər halda, şəksiz tək-tək eqoloji məlumatların hər cür izahı da aiddir. Apodiktliyə aidiyyətlilik formal qanunla üzə çıxır (belə ki, öz növbəsində, özü apodiktikdir): görünmə dərəcəsi nə qədərdirsə – görünüşlə gizlədilən, təhrif olunan varlıq da yalnız o qədərdir və ona görə də bu haqda onu demək olar ki, bu qanunu yalnız qabaqcadan layihələşdirilmiş hansısa yolu izləməklə, – hərçəndi onun tam müəyyən məzmununa bir qədər yaxınlaşmaqla, axtarmaq və tapmaq olar. Bu məzmunun özü, hər dəfə sərt identifikasiya olunan bir şey kimi, öz mənasına görə, həm də özünün bütün hissələrinə və momentlərinə görə, aprior mənaya malik hansısa ideyadır.
Tərcüməçi: Obaçı
Davamı: https://klv.az/2024/04/17/edmund-husserl-kartezian-dusunceleri-18/