“Ata özünü oğluna həsr edəndə hər ikisi gülür, oğul özünü ataya həsr edəndə hər ikisi ağlayır”.
“Yaxşı və pis yoxdur. Məsələ – bizim nəyi necə dəyərləndirməyimizdədir”.
“Düşüncələrinizə danışmaq imkanı verməyin”.
“Hissin yox, ağlın səsiylə hərəkət et”.
“Kişilər sevəndə aprelə, evlənəndə dekabra oxşayır”.
“Əgər göz yaşlarınız varsa, onu axıtmağa tələsin”.
“Cəhənnəm boşdur – bütün iblislər buradadır”.
“Kiməsə dəyər vermək üçün özün də az-çox hansısa dəyərə malik olmalısan”.
“Hətta dəliliyin də öz məntiqi var”.
“Xoşbəxtliyi tutmaq üçün ilk əvvəl qaçmağı bacarmalısan”.
“Vaxt hər adam üçün eyni cür getmir”.
“Bəli, bu dünyada tam mükəmməllik yoxdur – ən saf olanın da bir ləkə izi var”.
“Qızın ən böyük sərvəti və dövləti ismətidir”.
“Hər kəs əməlinə görə cəzalanmalı olsa, şallaqdan kim qaça bilər?”
“Söz – meh, söyüş isə cana zərərli küləyə bənzər”.
“Hər məsləhəti eşit, amma öz fikrində qal”.
“Torpaq təbiətin həm anası, həm də məzarıdır – nə doğursa, onu da udur”.
“Övladlarıma baxın – keçmiş təravətim də, qocalığımın bəraəti də onlardadır”.
“Sağlamlıq qızıldan qiymətlidir”.
“Sevinc olmayanda belə, ona ümid etməyin özü də bir sevincdir”.
“Şübhələr həyatımızın qənimidir – onların ucbatından qazandıqlarımızdan çox, itiririk”.
“Kim iradəsizdirsə, deməli, ağılsızdır”.
“Çox insan müdrikliyə yox, səfehliyə üstünlük verir. Çünki səfehlik güldürür, müdriklik isə kədərləndirir”.
“Xəstəliklə yalnız sağlam adam zarafat edə bilər”.
“Dostun qüsurlarına əsl dost dözə bilər”.
“Şərəfim mənim həyatımdır və hər ikisi bir kökdəndir. Şərəfimi alsanız, həyatım da çürüyər”.
“Ləkələnməyən ürəyi qorxutmaq çətindir”.
“Heç kim, başqalarına dərs vermək dərəcəsində mükəmməl deyil”.
“Yuxu – təbiətin şərbətidir”.
“Şübhələr həmişə vicdanı ləkəli olanları təqib edir”.
“Böhtanın ürəyə vurduğu yaranı heç nəylə sağaltmaq mümkün deyil”.
“Məhəbbət ölüm qorxusundan da güclüdür”.
“Əgər yoxdursa belə, özünüzü elə aparın ki, guya xeyirxahınız var”.
“Yumşaq ürək daha çox yaşayır”.
“Xarab almaların arasından seçim etmək çətin məsələdir”.
Mark Tven
“Deməyə söz tapmayanda, həqiqəti danış”.
“Mən heç vaxt məktəbdə keçdiyim dərslərin savadıma mane olmasına imkan verməmişəm”.
“Dünyanın sənə heç bir borcu yoxdur – o səndən əvvəl də buradaydı”.
“Əgər bu, möcüzədirsə, bir şahid kifayətdir, əgər faktdırsa, təkzibedilməz sübutlar lazımdır”.
“Əgər səksən yaşlı insan kimi doğulub, zaman keçdikcə on səkkiz yaşımıza yaxınlaşsaydıq, həddən artıq xoşbəxt olardıq”.
“Xoşbəxt olmaq üçün həyatda öz cənnətini yaratmalısan. Doğrudanmı, elə düşünürsünüz ki, bir cənnət hamını təmin edə bilər?”
“Tanrının yaratdıqlarından yalnız pişiyi zorla itaətə cəlb etmək mümkün deyil. Əgər adamla pişiyi calaq etsəydilər, bu, insan məxluqatının xeyrinə, pişiklərinsə zərərinə olardı”.
“Əgər kürən adam yüksək mənsəb sahibidirsə, hamı onun saçını qızılı-şabalıdı rəngdə görür”.
“Bütün evi və həyəti doldurmaq üçün bir uşaq kifayətdir”.
“Xeyirxah olsan, tək-tənha qalacaqsan”.
“Həmişə həqiqəti deyən adamla heç kim yaşaya bilməz. Şükür ki, bizlərdən kimisə belə bir təhlükə gözləmir”.
“Xahiş edirəm, mənə oxumağa bir şey verin. Lap poçt markası da olar”.
“Cavanlıqda hər şeyi yaxşı xatırlayırdım – olanları da, olmayanları da. Artıq qocalıram, bir azdan yalnız sonuncunu xatırlayacağam”.
“Məni dəfələrlə tərifləyiblər və həmişə bundan sıxılmışam. Hər dəfə hiss etmişəm ki, daha artığını demək olardı”.
“Səyahət mənim üçün mənasını itirib. Görmək istədiyim bütün ölkələrdə olmuşam – cənnət və cəhənnəmdən başqa. Yeri gəlmişkən, bu iki yerdən birini görmək o qədər də marağımda deyil”.
“Əgər cənnətdə siqaret çəkmək qadağandırsa, mən oranı istəmirəm”.
“Mən yaxşı bir komplimentlə düz iki ay qidalana bilərəm”.
“Özünü aldada bilməyən insan çətin ki başqalarını aldada bilsin”.
“Məni “Fəxri legion” ordeni ilə təltif etdilər. Yeri gəlmişkən, çox az adam bu ordendən canını qurtara bilib”.
Anton Çexov
“Ailə həyatında əsas məsələ təmkindir. Məhəbbət uzun müddət davam edə bilməz”.
“Yaradıcılıq həzzi yaşamış insan üçün digər həzlərin heç bir əhəmiyyəti qalmır”.
“Bəlağətli dildən özünü qoru. Dil gərək sadə və aydın olsun”.
“İnsanda gərək hər şey – sima da, paltar da, mənəviyyat da, düşüncə də gözəl olsun”.
“Düşmənlərin barədə düşünmə, ya da az düşün”.
“Araq ağ olsa da, insanın burnunu qızardıb nüfuzunu ləkələyir”.
“Hər şeyi bilən və anlayan yalnız səfehlər və şarlatanlardır”.
“Aydın olmayan hər şey sirlidir və ona görə həm də vahiməlidir”.
“Deyirlər, filosoflar və müdriklər laqeyd insanlardır. Yalan sözdür! Laqeydlik ürəyin iflici, vaxtsız ölüm kimidir”.
“Əgər sənin sağalmağını bayram kimi gözləyən insanlar varsa, xəstələnmək özü də xoş bir şeydir”.
“İstənilən iş məqsədlərlə idarə olunur. Məqsəd böyükdürsə, iş də möhtəşəm alınacaq”.
“Uşaqlar məsum və müqəddəsdirlər. Hətta quldurların və timsahların gözündə də onlar mələk kimidirlər”.
“Xeyirxah insan itdən də utanır”.
“Tənhalıqdan qorxursunuzsa, evlənməyin”.
“Həkimsənsə, sənə xəstəxana və xəstələr lazımdır, yazıçısansa, “Malı Dmitrovka”da yox, xalqın arasında yaşamalısan”.
“Başqalarının əzablarına gülmək bağışlanmaz günahdır”.
“Yazmaq – ixtisar etməyi bacarmaq sənətidir”.
“Sevəndə özündə o qədər zənginlik, nəvaziş, duyğusallıq kəşf edirsən ki, belə sevə bildiyinə heç özün də inanmırsan”.
“Yığcamlıq – istedadın bacısıdır”.
“Tənqidçi – uğursuz şair, tarixçi, bioqrafdır, bu və ya digər sahələrdə özlərini sınaqdan keçirib bir şey alınmadığını görəndən sonra tənqidlə məşğul olmağa başlayıb”.
“Xoşluqla nail ola bilmədiyin nəyəsə heç vaxt zorla çata bilməzsən”.
“Meşələr insana gözəlliyi dərk etməyi öyrədir”.
“Yalan da alkoqolizm kimi bir şeydir. Yalançılar ölüm ayağında da yalan danışırlar”.
“Məhəbbət, siyasət, təbabət məsələlərində yalan danışıb insanları aldatmaq olar, amma yaradıcı işlərdə bu, mümkün deyil”.
“Milli vurma cədvəli olmadığı kimi, milli elm də yoxdur”.
“Ən kifir insan öz yarısını tapdığı kimi, ən cəfəng cızma-qara da öz oxucusunu tapır”.
Mətn bütöv halda “Xəzər” dünya ədəbiyyatı dərgisinin 3/2023 nömrəsində çap olunub.
xezerjurnali.az