Qulu Ağsəsin yeni şeirlər kitabı çap olunub

Tanınmış şair Qulu Ağsəsin “Görsən üşüyürsən…” adlı şeirlər kitabı işıq üzü görüb.

Kitabda müəllifin müxtəlif illərdə yazdığı poetik nümunələr toplanıb.

“Yaxşı pəhrizi var iztirabların, nə özüm kökəldim, nə kitablarım…” – deyən Qulu Ağsəs yaradıcılığı müasir mədəniyyətimizdə orijinal fikir və yazı üslubu ilə fərqlənir.

Tanınmış şairin “Görsən üşüyürsən…” kitabında müəllifin müxtəlif illərdə, rəngarəng mövzularda qələmə aldığı şeirlər toplanıb.

Haqqında yazılan çoxsaylı məqalələrlə yanaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Kəmalə Umudova şairin yaradıcılığından bəhs edən “Adı soyadını eşidən şair – Qulu Ağsəs” adlı elmi araşdırma da ərsəyə gətirib.

Qulu Ağsəs şeirlərinin mərkəzində insan durur. Oxucular kitabda şairin “insan-təbiət”, “insan-insan”, insan-Tanrı”, “insan-sevgi”, “insan-həyat”, insan-torpaq” münasibətlərinə özünəməxsus fəlsəfi baxışları ilə baş-başa qalacaq, işğala, müharibələrə, haqsızlığa və ədalətsizliyə qarşı üsyankar poetik düşüncələri ilə tanış olacaqlar.

Kitabın naşiri Tural Axundov, redaktoru Günay Səma Şirvan, nəşrə məsul isə Süleyman Muradlıdır.

Qulu Ağsəsin buna qədər oxucu rəğbəti qazanan “Sənsən hər yer” (2002), “Т.о.ч.к. и. ”(2007, rus dilində), “Nabran novellası” (2009), “Вiтряна пошта” (Kiyev, 2009), “Dawn” (2016, ingilis dilində), “Yorğun ağacam” (Təbriz, 2022) kimi kitabları işıq üzü görüb.

 

apa.az

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Zamana sığmayan kitablar

C Mar 29 , 2024
The Guardian qəzeti Norveç Kitab Klubunun apardığı tədqiqat materialına əsaslanaraq ən çox oxunan kitabların siyahısını dərc edib. Sorğu zamanı dünyanın 54 ölkəsindən olan 100 müəllifdən dünya mədəniyyəti tarixinə həlledici təsir göstərən və müəlliflərin şəxsi düşüncələrində iz buraxan on kitabın adının çəkilməsi xahiş olunub. “Don Kixot” zamanların ən məşhur kitabı adını […]