The Guardian qəzeti Norveç Kitab Klubunun apardığı tədqiqat materialına əsaslanaraq ən çox oxunan kitabların siyahısını dərc edib. Sorğu zamanı dünyanın 54 ölkəsindən olan 100 müəllifdən dünya mədəniyyəti tarixinə həlledici təsir göstərən və müəlliflərin şəxsi düşüncələrində iz buraxan on kitabın adının çəkilməsi xahiş olunub. “Don Kixot” zamanların ən məşhur kitabı adını qazanıb, başqa dəyərləndirmə verilməyib.
Ardınca bütün dövrlərdə ən çox oxunan 99 kitabın siyahısı təqdim olunub:
- Henrik Ibsen (1828-1906), Oyuncaq ev,Norveç
2. Qüstav Flober (1821-1880), Sentimental tərbiyə,Fransa
3. Uilyam Folkner (1897-1962), Absalom, Absalom, ABŞ
4. Mark Tven (1835-1910), Haklberri Finin macəraları, ABŞ
5. Vergili (E.Ə. 70-19), Eneida, Italiya
6. Lev Tolstoy (1828-1910), Anna Karenina, Rusiya
7. Toni Morrison (1931), Sevimli qadın, ABŞ
8. Alfred Doblin (1878-1957), Berlin Aleksanderplats, Almaniya
9. Joze Saramaqo (1922-2010), Korluq, Portuqaliya
10. Fernando Pessoa (1888-1935), Narahatlıq kitabı, Portuqaliya
11. İzrael (e.ə. 600-400), Yəhva Kitabı
12. Fyodor Dostayevski (1821-1881), Karamazov qardaşları, Rusiya
13. Tomas Mann (1875-1955) Buddenbroklar, Almaniya
14. Cefri Çouser (1340-1400), Kanterberi hekayələri, İngiltərə
15. Frans Kafka (1883-1924), Qəsr, Bohemia krallığı, Avstriya-Macarıstan
16. Nəcib Məhfuz (1991), Bizim küçənin uşaqları (ya da “Küçəmizin rəvayəti”), Misir
17. Xorxe Luis Borxes (1899-1986), Uydurulmuş hekayələr, Argentina
18. Cakoma Leopardi (1798-1837), Seçilmiş şeirlər, İtaliya
19. Frans Kafka (1883-1924), Seçilmiş hekayələr, Bohemia krallığı, Avstriya-Macarıstan
20. Edqar Allan Poe (1809-1849), Seçilmiş hekayələr, ABŞ
21. İtalo Svevo (1821-1881), Zenonun ağlı, İtaliya
22. Fyodor Dostayevski (1821-1881), Cinayət və Cəza, Rusiya
23. Nikolay Qoqol (1809-1852), Ölü canlar, Rusiya
24. Lev Tolstoy (1828-1910), İvan İliçin ölümü və başqa hekayələr, Rusiya,
25. Covanni Bokkaçço (1313-1375), Dekameron, İtaliya
26. Juan Gimarayns Roza (1880-1967), Böyük səhra: cığırlar, Braziliya
27. Lu Sin (1881-1936), Dəlinin gündəliyi və başqa hekayələr, Çin
28. Dante Aligyeri (1265-1321), İlahi komediya, İtaliya
29. Migel Servantes de Saavedra (1547-1616), Don Kixot, ispaniya
30. Mişel de Monten (1533-1592), Esselər, Fransa
31. Hans Xristian Andersen (1805-1875), Sehrli nağıllar və hekayələr, Danimarka
32. Yohann Volfqanq Höte (1749-1832), Faust, Almaniya
33. Fransua Rable (1495-1553), Qarqantua və Pantaqruel, Fransa
34. Gilqameş (Bilqameş də deyilir) (e.ə. 1800), Mesopotamiya
35. Doris Lessinq (1919), Qızıl dəftər, İngiltərə
36. Çarlz Dikkens (1812-1870) Böyük ümidlər, İngiltərə
37. Conatan Svift (1667-1745), Qulliverin səyahəti, İrlandiya
38. Federiko Qarsiya Lorka (1898-1936), Qaraçı balladaları, İspaniya
39. Uilyam Şekspir (1564-1616), Hamlet, İngiltərə
40. Elza Morante (1918-1985), Tarix, İtaliya
41. Knut Hamsun (1859-1952), Aclıq, Norveç
42. Fyodor Dostayevski (1821-1881), İdiot, Rusiya
43. Homer (e.ə. 700), İliada, Yunanıstan
44. Halldor Laksness (1902-1998), Müstəqil insanlar, İslandiya
45. Ralf Ellison (1914-1994), Görünməz adam, ABŞ
46. Deni Didro (1713-1784), Fatalist Jak və onun ağası, Fransa
47. Lui-Ferdinand Selin (1894-1961), Gecənin sonuna səyahət, Fransa
48. Uilyam Şekspir (1564-1616), Kral Lir, İngiltərə
49. Uolt Uitmen (1819-1892), Ot yarpaqları, ABŞ
50. Lourens Stern (1713-1768), Tristram Şendinin həyatı və düşüncələri, İrlandiya
51. Vladimir Nabokov (1899-1977), Lolita, Rusiya/ABŞ
52. Qabriel Qarsiya Markes (1928-2014), Taun xəstəliyi zamanı sevgi, Kolumbiya
53. Qüstav Flober (1821-1880), Madam Bovari, Fransa
54. Tomas Mann (1875-1955), Sehrli dağ, Almaniya
55. Mahabharata (e.ə. 500), Hindistan
56. Robert Muzil (1880-1942), Xaraktersiz adam, Avstriya
57. Rumi (1207-1273), Məsnəvi, Əfqanıstan
58. Evripid (e.ə. 480-406), Medeya, Yunanıstan
59. Yursenar Marqerit (1903-1987), Adrianın xatirələri, Fransa
60. Ovid (e.ə. 43), Metamorfoz, İtaliya
61. Corc Eliot (1819-1880), Middlmarç, İngiltərə
62. Salman Ruşdi (1947) Gecəyarısı uşaqları, Hindistan/Britaniya
63. German Melvill, (1819-1891), Mobi Dik, ABŞ
64. Virciniya Vulf (1882-1941), Missis Dellouy, İngiltərə
65. Nyal haqqında saqa (e.ə. 1300), İslandiya
66. Cozef Konrad (1857-1924), Nostromo, İngiltərə
67. Homer (E.ə. 700), Odisseya, Yunanıstan
68. Sofokl (E.ə. 496-406), Kral Edip
69. Onore de Balzak (1799-1850), Qorio ata, Fransa
70. Ernest Heminquey (1899-1961), Qoca və dəniz, ABŞ
71. Qabriel Qarsiya Markes (1928-2014), Yüz ilin tənhalığı, Kolumbiya
72. Şeyx Muşarrif ud-din Sədi (1200-1292), Meyvə bağı, İran
73. Uilyam Şekspir (1564-1616), Otello, İngiltərə
74. Xuan Rulfo (1918-1986), Pedro Paramo, Meksika
75. Astrid Linfqren (1907-2002), Uzuncorab Pippi, İsveç
76. Paul Selan (1920-1970), Şeirlər, Rumıniya/Fransa
77. Fyodor Dostayevski (1821-1881), Cinlər, Rusiya
78. Ceyn Ostin (1775-1817), Qürur və qərəz, İngiltərə
79. Valmiki (E.ə. 300), Ramayana, Hindistan
80. Kalidasa (Eramızın IV-V əsri), Sakuntalanın tanınması, Hindistan
81. Stendal (1783-1842), Qırmızı və qara, Fransa
82. Marsel Prust (1871-1922), İtirilmiş zamanın axtarışında, Fransa
83. Tayeb Salih (1929-2009), Şimala köç fəsli, Sudan
84. Anton Çexov (1860-1904), Seçilmiş hekayələr, Rusiya
85. David Herbert Lavrens (1885-1930), Oğullar və sevgililər, İngiltərə
86. Uilyam Folkner (1897-1962), Səs-küy və hiddət, ABŞ
87. Yasunari Kavabata (1899-1972), Dağın səsi, Yaponiya
88. Alber Kamyu (1913-1960), Yad, Fransa
89. Murasaki Şikibu (978 – 1025), Gencinin hekayəsi, Yaponiya
90. Çinua Açebe (1930-2013), Darmadağın, Nigeriya
91. Min bir gecə nağılları, Hindistan/İran/İraq/Misir
92. Günter Qrass (1927- 2015), Tənəkə təbili, Almaniya
93. Virciniya Vulf (1882-1941), Mayaka doğru, İngiltərə
94. Frans Kafka (1883-1924), Məhkəmə, Bohemia krallığı, Avstriya-Macarıstan
95. Semyuel Bekket (1906-1989), Trilogiya: Molloy, Malon ölür, Adsız, İrlandiya
96. Ceyms Coys (1882-1941), Uliss, İrlandiya
97. Lev Tolstoy (1828-1910), Hərb və sülh, Rusiya
98. Emili Bronte (1818-1848), Uğultulu təpələr, İngiltərə
99. Nikos Kazantakis (1883-1957), Yunan Zorba, Yunanıstan