Kainat deyilən şey kiçik bir sümüyün içində,
Həyatın özü təzahür edir iki bulaq görüşəndə.
Günəş bir parça olub xoşbəxtliyin təsvirində,
Boğulur ay hər gecə kədərə məhkum hisslərdə.
Səhər açıb, axşamadək solan çiçəklər sevgidə,
Nifrətə yar olanlar yaşayır ayrılığın köksündə.
Təzad adlı məfhum doğulur çayın mənsəbində,
Ölür azadlıq bağıran şəlalənin töküldüyü yerdə.
Qaranlıqla aydınlığın evləri qonşu olub gözlərdə,
Ölümlə yaşam rəqs edir baxışların müşayiətində.
Bürkülü çərşənbə gecəsi, saat on ikini beş keçəndə,
Söz sözə gətirir, ümidsiz arzular canlanır ürəkdə.