Vilhelm Şvebelin aforizmləri

“Cavanlıqda vurulan şapalaqlar səni gələcək şallaqlardan qoruyur”.

***

“Çox bildikçə, insan üçün başqalarının rəyinin əhəmiyyəti də azalır”.

***

“Birja pul qazanmaqdan çox, pul itirməyin imkanlarını təklif edir”.

***

“İnsan yer üzündə yaşamağa uyğunlaşana qədər dünya dağılacaq”.

***

“Adamlar çox vaxt əyinlərinə görə olmayan mundir daşıyırlar”.

***

“Qaçılmazlıqdan çox danışanlar, tarixi yaxşı bilməyənlərdir”.

***

“Qanunu yaxşı bilənlər, öz maraqları naminə onu necə pozmağı da yaxşı biirlər”.

***

“Yaşamaq uğrunda icad olunan silahlardan ən effektivi puldur”.

***

“Hökmdar qarşısında qorxunun mənbəyi nadir hallarda onun intellekti olur”.

***

“İstənilən etiraz, sifətə ağıllı ifadə verir”.

***

“Böyük vədlər, böyük peşmanlıqlara gətirir”.

***

“Beyin emosiyaların sifarişi ilə işləyir”.

***

“İnsan hüquqları barədə danışan hər kəs öz hüquqlarını nəzərdə tutur”.

***

“Başqasının inəyini sağmaq istəyən, inəyi yox, çobanı yola gətirməlidir”.

***

“Ədiblər yol deyil, sadəcə, iz salırlar”.

***

“Nökərin ağlına dözmək, ağanın ağılsızlığına dözməkdən daha çətindir”.

***

“Xalqın tarixi – həm də vəsiyyətdir”.

***

“Qənaətcillik – balaca adamın əsas keyfiyyətidir”.

***

“Ziyalı insan – təbəssümlə məğlub olur”.

***

“Səlis nitq – hətta mənasız fikirlərə də layiqli düzən verir”.

***

“Ağıllı qadın ərinin nə istədiyini soruşmur: cavabı özü bilir”.

***

“Qaliblər və məğlublar eyni tarixdən müxtəlif dərslər çıxarır”.

***

“Riyaziyyat – öncəgörənliyin ən etibarlı üsuludur”.

***

“Gənclər dünyaya özlərinin yox, öz kumirlərinin gözləri ilə baxırlar”.

***

“Moizə dinləyərkən yadda saxla ki, iblis mələk dili ilə də danışa bilər”.

***

“Ən işlək qanunlar – yazılmamış qanunlardır”.

***

“Davamlı uğurlar qulduru biznesmenə çevirir”.

***

“İstənilən şər əməlin də bəraət üçün bir məntiqi var”.

***

“Yararsız insana ən yaxşı qanunlar da kömək edə bilməz”.

***

“Xatirələri ağır yük kimi özünlə daşımaq yox, basdırmaq lazımdır”.

***

“Emosiyalar, adətən, gec-tez ötüb keçir, amma izi həmişə qalır”.

***

“Cavanlar qarşıda yalnız yüksəklikləri, qocalar isə dağları görür”.

***

“Yalan söz cəzalandırılsaydı, qəzetlərin sayı azalardı”.

***

“Aforizm – rahat yadda qalan həqiqətdir”.

***

“Cəmiyyətda ən dəhşətli şey mütləq çoxluğun son qərarıdır”.

***

“Hər yaşlı nəsil yeni nəslə baxanda, ürəyində özündən əvvəlkilərdən üzr istəyir”.

***

“Sivilizasiya elə bir həddə gəlib ki, artıq kimin haqlı, ya haqsız olması önəmli deyil, əsas məsələ kimin vəkilinin daha yaxşı olmasıdır”.

***

“Əgər hamı dələduzdursa, artıq bu, korrupsiya deyil”.

***

“Bütün cəmiyyətlər mal-qara sürüsü kimi bir-birinə bənzəyir, sadəcə, bəzilərinin buynuzu qızılı rəngdədir”.

aydinyol.aztc.gov.az

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Edmund Husserl. Kartezian düşüncələri

Ç Mar 6 , 2024
Əvvəli: https://klv.az/2024/02/28/edmund-husserl-kartezian-dusunceleri-11-2/  (davamı) Düşüncə V. TRANSSENDENTAL VARLIQ SFERASININ AÇILMASI MONADOLOJİ İNTERSUBYEKTİVLİK KİMİ § 42. Digər eqonun səriştəli dərk etmə problemlərinin izahı, solipsizmdə ittihamlara cavab kimi Sonrakı düşüncələrimizi, olduqca böyük etiraz kimi görünə bilən bir məsələnin nəzərdən keçirilməsi ilə başlayırıq. Bu nə az nə çox, transsendental fenomenologiyanın artıq transsendental fəlsəfənin özü olmaq […]