1929-cu il aprelin 20-də Bakı şəhərində anadan olan, Azərbaycanın görkəmli yazıçısı Çingiz Hüseynov keçən gün 94 yaşında İsraildə vəfat edib.
Ədəbi yaradıcılığa 1950-ci illərdən başlayan mərhum yazıçı əsərlərini iki dildə – Azərbaycan və rus dillərində yazıb. Onun əksər əsərləri əvvəl Rusiyada, rus dilində çap olunub, sonradan Çingiz Hüseynov özü əsərlərini dilimizə tərcümə edərək çap edib.
“Mənim bacım”, “Əriyən heykəl”, “Çətin yoxuş”, “Novruzgülü”, “Adını demədi”, “Adalar” kimi əsərlər müəllifi olan ədib daha çox “Məhəmməd, Məmməd, Məmiş” və “Fətəli Fəthi” əsərləri ilə məşhurdur.
Dəfələrlə əsərləri qadağan olunsa da, yazıçının özünəməxsus üslubu və yazıçılq yolu gənc ədəbi nəsil üçün daim məktəb rolunu oynayacaqdır.