Ruhu ayaz idi, yaman üşüdürdü məni. Qəlbi də ki, yaman bərk, heç toxundurmurdu əlimi. Axtarırdım gözlərində bircə qığılcım ki, bəlkə, ayaz ruhu ilə saçlarıma sığal çəkə…
Gözləyirdim yağışa həsrət torpaq kimi, susayırdım şəraba həsrət sərxoş kimi. Qəlbinə, gözlərinə baxırdım həsrətlə ki, bəlkə, ayaz ruhu ilə saçlarıma sığal çəkə…
Yar baxmadı gözlərimə, çəkmədi sığal saçlarıma. Söylə, ey yar, gözləyimmi, gedimmi? Bəlkə, ayaz ruhun ilə saçıma bir sığal çəkəsən?…”