Sənur Yaqubov. Unut demək asandır

Unut demək asandır.

Xəyalı bilməy olmur.

Ürək sınıqsa bil ki,

Gülənlə gülməy olmur.

Gözündə yaş görünsə,

Gözünlə gizlədərsən.

Ürək qan ağlayanda,

Zamanla silməy olmur.

Həqiqətin məqamı,

Həqiqətən böyükdür.

Gələndə getməy olmur.

Gedəndə gəlməy olmur…

İlahidən ölüm də

Hədiyyədir onunçun.

Ürəkdən istəsən də,

Ölənlə ölməy olmur.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2023/12/27/edmund-husserl-kartezian-desenceleri/  (davamı) Düşüncə IV. TRANSSENDENTAL EQONUN ÖZÜNÜN KONSTİTUTİV PROBLEMATİKASININ AÇILIŞI § 32. MƏN xabituallığın substratı kimi Lakin indi qeyd etmək lazımdır ki, mərkəzdə dayanan bu MƏN, özündə eyniliyin mənasız qütbünü təmsil etmir (hər hansı predmetdən heç də az olmayan dərəcədə), ancaq aktların yeni predmetli mənasına malik olan hər bir transsendental […]