Aktyor yoldaşlarıma
Bir aktyor oynar-durur səhnədə,
O sanki bir yıldız gibi parlar, durur.
Hər alqışda, hər açılan səhnədə,
Hər gülüşdə təcəddüdü barındırır.
Böylə təcəssüm tanrıdan bir tablo:
Rəngləri əlvan, bu rəsmin adı “qürur”.
İhtişamı gözlər qamaşdırar sanki,
Yenilməzlik abidəsi kimi durur.
Gözdə basit görülməsin bunca oyun:
Aktyorum bir günəşdir, şəfəq saçar,
Səhnələrdə hisslərindən, o həp qaçar…
Mənə bir səhnə verin: bir neçə obraz,
Oyadım insan gözlərində kontrast,
Qoy insanlar sansın dəli, fərqlənim:
Necə Britaniyada fərqlənir Montrast.
Boğular gözlərdə qəm, üzdə var bir gülüş,
Səhnə sonrası çiçəklər, təbrikçün öpüş,
Sağalda bilməyəcək təhqirləri, zərbələri,
Bağlansın gerçəkliyin səhnələri, pərdələri.