Nuray Əhədova. “Ədəbiyyat”dan xatirələr

Bu da sonuncu mövzu ilə tamamlanan “Dünya ədəbiyyatı” fənnimiz. Üç semestr boyunca doya-doya yaşadığımız bir tələbəlik həyatından sizə bəhs edirəm. Sevgi, hörmət, anlayış dolu keçən üç semestr… Azad fikirlər, hər kəsin öz düşüncə tərzini özünə uyğun olaraq çatdırması, “Çevrilmə” əsərindəki kimi cəmiyyətin bizi çevirmək istədiyi rollardan uzaq, bilgi dolu bir mərhələ oldu. İlk gündən son günə kimi nəsihətlərlə dolu günlər keçirdik…

Xəzər Universitetinə məni aşiq edən oranın möhtəşəm müəllim kollektividir. Onlar “beynində formalaşan bütün düşüncələr sənin doğrundur” fikri ilə daim hörmət balansını qoruyaraq öz əlavə fikirləri ilə bizi daha da aydınlığa çıxarırlar.

Təbii ki, bütün günlərimiz güllük-gülüstan olmadı. Bəzən müəllimi incidə biləcək durumları yaşadığımız, bəzən kiçik xəyal qırıqlıqlarına şahid olduğumuz anlar da oldu. Lakin birlikdə mükəmməlləşdik deyə bilərəm…

“Xəzər” mənim içimdə olan məni formalaşdırdı. İradəmi, özümdə formalaşan fərd olaraq ayaqda durma gücümü tam püxtələşdirən bir vasitə oldu. Bura mənə özümü əsla fəda etməməyi, həyatı doya-doya yaşamağı, sevgimdən utanmamağı, hər anı gözəl keçirməyi və ən əsası ədəbiyyatın dəyərini və ruhunu mənə öyrədən və hiss etdirən müəllim oldu!

Son dərsimizdə səslənən bir sualla fikirlərimi yekunlaşdırmağı düşünürəm. “Bir gün hansısa situasiyada Anna Karenina olsaydınız, hansı yolu seçərdiniz?” Susub övladım üçün yaşayar ya xoşbəxt ola biləcəyim bir həyat üçün istəklərimin ardınca gedərdim?

Əlbəttə, çətin sualdır. Düşünürəm, xoşbəxt olmayan bir valideyn nə dərəcədə xoşbəxt övlad böyüdə bilər ki? Bir valideyn övladını ya xoşbəxt mühitdə böyütməli, ya da xoşbəxtliyi əldə etmək üçün aparacağı mübarizəni ona göstərməlidir. Birincisi əlimizdə deyilsə, nəyə görə ikinci yola əla atmayaq?

Ona görə də özünüzü fəda etməyi deyil, əksinə özünü sevməyi, heç bir şeydən, heçnədən qorxmamağı və ən əsası həyatda bir dəfə belə olsa sevməyi ona aşılayardım. O həyacanı hiss etməyi, o gözəlliyi dadmağı…

Ədəbiyyat bizə bunu öyrədir: Sevin! Çox sevin! Lap çox sevin!

Və son olaraq, əziyyəti, diqqəti, gözəl sözləri, nəsihətləri üçün bütün müəllimlərimə təşəkkürümü bildirirəm!

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Kənan Şakir. Aktyor

C Dek 29 , 2023
Aktyor yoldaşlarıma   Bir aktyor oynar-durur səhnədə, O sanki bir yıldız gibi parlar, durur. Hər alqışda, hər açılan səhnədə, Hər gülüşdə təcəddüdü barındırır. Böylə təcəssüm tanrıdan bir tablo: Rəngləri əlvan, bu rəsmin adı “qürur”. İhtişamı gözlər qamaşdırar sanki, Yenilməzlik abidəsi kimi durur. Gözdə basit görülməsin bunca oyun: Aktyorum bir günəşdir, […]