İlahə Abasova. Sevgi… Sən bunu anlaya bilməzsən

(mənsur şeir)

Sənlə bağlı hər kiçik məlumatı öyrənmək gözəldir. Hər dəfə Özündən bir parçaya şahid olanda sənə elə sarılmaq istəyirəm ki…

Bu nə mənasız düşüncədir. İdeallaşdırmaq filan. Yeniyetmələr belə bu cür sevmir artıq.

Sevdiyin insanın qüsurları belə başqalarının mükəmməl xüsusiyyətlərindən daha əziz daha gözəl gəlir.

Bu o demək deyil ki, sən o qüsurları görmürsən.

Bu sadəcə o deməkdir ki, sən onu hər şeyi ilə sevirsən.

Xeyr. İdeallaşdırmaq odur göz yumasan o şeylərə.

Hər şeyi mükəmməlmiş kimi davranasan.

Həqiqətən sevdiyin insanı düşün. Nə hiss edirsənsə, sevgi odur sənin üçün.

Mənim üçün də sevgi sənsən. Bütün şairlər də səndən yazıb.

Sən də bunu heç vaxt anlaya bilməzsən.

Heç vaxt anlamayacağını bilməyimə rəğmən mən də həmişə səni sevəcəm. Sevgi budur.

Elə nə sən, nə də sənin o məşhur yazarların bunu anlaya bilməzsiniz…

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2023/11/29/edmund-husserl-kartezian-dusunceleri-3/ Düşüncə III. KONSTİTUTİV PROBLEMATİKA. HƏQİQƏT VƏ GERÇƏKLİK (davamı) § 25. Gerçəklik və kvazigerçəklik Bundan əlavə, bütün şüur sferasından keçməsinə müvafiq olaraq və gerçəkliklə fantaziyanın (“bir növ” gerçəklik) fərqləndirilməsi vasitəsi ilə bütün varlıq modallıqlarına korrelyativ olaraq, bu fərqlərin hamısı parallel sıralar yaradır. Sonuncu ilə, burada meydana çıxan yeni ümumi mümkünlük […]