Aqşin Evrən. İndi bütün gözləməklər qapında ölüb

 

İndi bütün gözləməklər qapında ölüb.
Ta o gəlmir deyə, pəncərən kor qalıb,
qapın da ölüb.

Elə bil saçın da onu tapmaqçün
uzanır harasa… harasa gedir.
Sənin bədəninin yarısı evdədir,
geyinib yarısı harasa gedir.

Köynəyin ütüləyirsən əlin üşüyür,
Çıxıb getmək istəyirsən yox olur ayaqqabın.
Bilirsən, ömürdən doğma biri gedəndə
Üşüyüb tez evə girər çöl qapın…

Hə, asandı yaşamaq bu tikə-parça ömrü.
Bircə həmişə oturduğunuz skamya indi bir az soyuq, indi bir az kirlidi.
İndi xatirələrə toxunmaq onun yaş köynəyini
elektrik xəttindən asmaq kimidi.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Oldos Haksli. Cəsur yeni dünya

Əvvəli: https://klv.az/2023/11/27/oldos-haksli-cesur-yeni-duyna/ (davamı) Bütün hadisədən sonra Vəhşini bir müddət sakit buraxdılar. Bir neçə helikopter maraqla qüllənin ətrafında dövrə vurdu. Onlardan ən yaxından uçub zəhləsini tökənə ox atdı. Ox kabinanın alüminium döşəməsini deşdi, çığırdı qopdu. Helikopter malik olduğu ən yüksək sürətlə raket kimi göy üzünə qalxdı. Bu hadisədən sonra digərləri mayakdan xeyli […]