Ənbər gülüm, həyatın qanunu hər şeydən üstün,
Bir də səni görmək arzum qiyamətə qalası…
Ayağını göylər öpdü, yeri oldu “İlliyun”.
Özü burda şəhid oldu, Kərbəlada ağası…
Xeyrə qənşər! Gecəli – gündüzlü yol çəkib gedər,
Uğur da görər, şərə də düşər insan ayağı.
Allah adamı olmaq insandan istər bir hünər.
Şahanəm, sən keçdin bu yolu mömünə sayağı.
Ömrümü yönəldən bir mayak, nişangah idin,
Harda olsam, gözləyərdin məndən gələn sorağı.
Təbəssümün yada düşüb, rahat deyiləm indi,
İnnə yarım, istərdinmi mənim kimi qonağı?.