Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2023/11/22/edmund-husserl-kartezian-dusunceleri-2/

(davamı)

Düşüncə III. KONSTİTUTİV PROBLEMATİKA. HƏQİQƏT VƏ GERÇƏKLİK

§ 23. “Ağıl” və “ağılsızlığın” fərqləndirilməsi ilə transsendental quruluşun dəqiqləşdirilməsi

Fenomenoloji quruluş indiyə qədər bizim üçün, ümumiyyətlə intensional predmetin quruluşu idi. O bütün genişliyi ilə coqito-coqitatum problematikasını əhatə edirdi. İndi biz bu əlaqələrin struktur diferensasiyasına və quruluş anlayışının daha dəqiq işlənib təkmilləşdirilməsinə yaxınlaşırıq. İndiyə qədər söhbətin həqiqətən mövcud və ya mövcud olmayan, mümkün və ya mümkün olmayan predmetlər haqqında getdiyinin fərqi yox idi. Lakin bu fərq dünyanın varlığı və ya yoxluğu (sonra da qabaqcadan verilən bütün maddiliklər) haqqında qərar qəbul etməkdən çəkinən zaman qətiyyən gözdən qacırılmır. Əksinə, anlayışın geniş mənasında, varlığın və yoxluğun korrelyativ adları kimi, ağıllının ağılsızla fərqləndirilməsində, o fenomenologiyanın universal mövzusu olur. Εποχή vasitəsi ilə biz reduksiyanı xalis fərziyyə (cogito) və güman edilən kimi xalis güman edilən üçün həyata keçiririk. Sonuncunun adına – yəni predmetin özünə deyıl, onun maddi mənasına – varlığın və yoxluğun predikatları və onların modal növ müxtəlifliyi yazılır; birinciyə isə – yəni bu və ya digər fərziyyəyə – həqiqiliyin (doğruluğun) və yanlışıqlığın predikatları yazılır, hərçəndi daha geniş mənada. Bu predikatlar bilavasitə təəssüratların fərziyyələrində və müvafiq olaraq, özlüyündə güman edilən predmetlərdə saxlanılan fenomenoloji məlumatlar kimi verilməsə də, hər halda onlar yenə də özlərinin fenomenoloji başlanğıclarına malik olurlar. Hər hansı kateqoriyanın araşdırılması mümkün olan fenomenoloji tipikinin güman edilən predmetinin sintetik qarşılıqlı əlaqədə olan dərk edilmə üsullarının müxtəlifliyi həmin sintezləri də özünə birləşdirir ki, bu əlaqəyə hansısa bir başlanğıc fərziyyə üçün təsdiq etmə, xüsusən də, aşkarlığa görə təsdiq etmə üsulu tipikdir, yaxud da əksinə, təkzib etmə, xüsusən də, həmçinin yenə aşkarlığa görə təkzib etmə üsulu tipikdir.

Bununla da korrelyat qismində güman edilən predmet şübhəsiz, mövcud olan kimi və ya buna müvafiq olaraq mövcud olmayan (təkzib edilən, üstündən xətt çəkilən predmet, varlıq) kimi xarakterizə olunur. Dizyunqsiyalarda istisna edilən „ağlın“ korrelyatları və aktları kimi bütün maddi mənalara məxsus, əslində transsendental eqoya aid olan bu cür sintezlər özündə daha yüksək səviyyədə intensiallıq təmsil edir. Ağıllılıq hansısa təsadüfi faktiki qabiliyyət deyil, bu adı hər hansı mümkün, təsadüfi faktlara deyil, ümumiyyətlə, daha çox, transsendental subyektivlik strukturlarının universal mahiyyətli formalarına vermək lazım gəlir.

Ağıllılıq təsdiq etmə imkanlarına, bu imkanlar isə, əvvəl-axır – aşkarlıq kimi nəyi isə əldə etməyə və nəyinsə aşkarlığına nail olmağa əsaslanır.

Bunu biz hələ sadəlövh naşılığımızla metodun əsas istiqamətlərini axtardığımız və deməli, hələ fenomenologiyanın əsaslarına ayaq basmadığımız zaman, artıq bizim düşüncələrimizin başlanğıcında müzakirə etmək lazım idi. İndi isə bu bizim fenomenoloji araşdırmalarımızın mövzusunu təşkil edir.

§ 24. Aşkarlıq predmetin özümövcudluğu və onun növ müxtəlifliyi kimi

Aşkarlıq sözün ən geniş mənasında intensional həyatın ümumi fenomenlərinin fenomeni adlanır; apriori olaraq mənasız, təxmini, birbaşa olmayan, qeyri-həqiqi dərketmənin digər üsullarının ziddinə olaraq, bu tamamilə ayrıca üsuldur ki, bu zaman hansısa şey, şeylərin vəziyyəti, hansisa bir ümumilik, dəyər və s. hadisələrdə, təsəvvürlərdə, özü-özünə mövcud olmalarda, bilavasitə bu müşahidələrin orginaliterində verilən şeylərin özünün son moduslarında çıxış edir.

MƏN üçün bu, dolaşıq, mənasız, təxmini olmayan bir şey haqqında nəyəsə malik olmaq, həmdə onun özünün yanında olmaqla, şeyin özünü müşahidə etmək, görmək və izləmək deməkdir. Sözün adi mənasında təcrübə hansısa xüsusi aşkarlıq deməkdir və biz deyə bilərik ki, ümumiyyətlə aşkarlıq ən geniş mənada və hər halda əhəmiyyətcə vahid mənada təcrübədir. Hərçəndi şüur həyatında aşkarlıq bəzi predmetlərə münasibətdə yalnız təsadüfü hadisə olur, bu hər halda o deməkdir ki, o hansısa intensiyanın həyata keçirməyə can atdığı məqsədlər kimi, hər cür gümanlar və ya artıq qismən qabaqcadan müəyyən edilmiş predmetlər üçün mümkündür və bununla belə, ümumiyyətlə həm də intensional həyatın əsas cəhətlərini göstərir. Hər cür çüur, ümumiyyətlə, ya özü artıq aşkarlıq xarakterinə malikdir, yəni onun intensional predmeti də özlüyündə ona verilir, ya da zəruri olaraq predmetin özünü mövcud moduslara çevrilməyə, yəni təsdiqedici sintezlərə həvəsləndirir, bu da şübhəsiz, öz mahiyyətinə görə MƏN-in bacardığı sahəyə aid edilir. Transsendental reduksiyanın müəyyənliyində hər hansı dumanlı şüur haqqında belə soruşula bilər, “ö özü” modusunda güman edilən predmetin öz eyniliyini saxlaması, ona uyğun gəlirmi və bu nə qədər uyğun gələ bilər, başqa sözlə, o, güman edilən bu predmet, həm də əvvəllər yalnız dumanlı antitsipasiya olunmuş şeylər, daha dəqiq müəyyənlik əldə edə bilsəydi, özlüyündə necə görünə bilərdi,. Sübut etmə prosesində o özü öz inkarına müracıət edə bilər; güman edilənin özünün əvəzinə nə isə başqa bir şey meydana çıxa bilər, üstəlik, məhz “o özü” modusunda, necə ki, bunun da nəticəsində güman edilənin pozitivliyi dağılır və o, öz növbəsində heçə çevrilir. Yoxluq yalnız, ümumiyyətlə varlığın, varlığın doğruluğunun modallıqlarından biridir, belə ki, burada məlum səbəblərə görə üstünlük məntiqə verilmişdir. Lakin aşkarlıq daha geniş mənada özündə, təkcə varlıq və yoxluq anlayışlarına korrelyativ olmayan anlayışları təmsil etmir. Onun modusları, mümkün olan, ehtimal edilən, şübhəli varlıq kimi, habelə bu sıraya aid olmayan, ancaq, məsələn, dəyərli və əxlaqi faydası olan varlıq kimi öz başlanğıcını mənəvi və iradi sahələrdə əldə edən çox novlülüyə münasibətdə olduğu kimi, ümumiyyətlə varlığın modal müxtəliflikləri ilə korrelyativ əlaqələrdə dəyişilir.

Tərcüməçi: Obaçı

Davamı: https://klv.az/2023/12/06/edmund-husserl-kartezian-dusunceleri-4/

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Ülvi Babasoy. Var olmayan eşqin var olan gözəlliyi

Ca Noy 30 , 2023
Azərbaycan filologiyası kafedrasında mühazirə oxuyuram. Mövzu “Nəsimi lirikası”dı. Elə şairlər var ki, onlar barədə ehtirasla, özümü unudaraq danışıram. Nəsimi də elədi. Nəsimi ilə Qul Nəsimidən söhbət düşür. Hər iki şairdən bir beyt onların üslub və sintaksis fərqini üzə çıxarır. Qəflətən tələbələrdən biri ayağa durur: “Müəllim, mənim bir sualım var”. Mən […]