“Həqiqət və məcaz” mövzusunda inteqrativ dərs

Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin “İnteqrativ dərs” layihəsi çərçivəsində “Həqiqət və məcaz (İrfan söhbətləri)” mövzusunda ibtidai sinif müəllimliyi (ingilis dilində) I kurs tələbələri üçün açıq dərs keçirilib.

Departamentin müəllimləri Filologiya üzrə fəlsəfə doktorları Qardaşxan Əzizxanlı və Rüstəm Lazımov dünyamızı “vasitələr dünyası” adlandıran irfançıların insanları həqiqi və məcazi vasitələrlə kəmiyyət pilləsindən keyfiyyət pilləsinə səslədiklərindən söz açaraq, onların ağıl və “vasitəsiz dünya” sayılan eşq pilləsi arasında gediş-gəliş edərək həqiqəti qavramağa çalışdıqlarından danışıblar.

R.Lazımov “İrfan nədir?” sualına “İrfan iki addımdır bir addımını qoyursan nəfsin üzərinə, o birisi addımda artıq Haqqı bulmuş olursan,” – deyə irfan alimlərinin sözləri ilə cavab verib.

Açıq dərs tələbələrin və mühazirəçilərin qarşılıqlı sual-cavabı ilə yekunlaşıb.

 

azertag.az

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Oldos Haksli. Cəsur yeni dünya

Əvvəli: https://klv.az/2023/11/20/oldos-haksli-cesur-yeni-dunya-21-5/ (davamı) ON SƏKKİZİNCİ HİSSƏ         Qapı aralı idi; içəri girdilər. – Con! Vanna otağından xoşagəlməz bir səs eşidildi. – Nə isə olub? – deyə Helmholts uca səslə soruşdu. Cavab gəlmədi. Xoşagəlməz səs iki dəfə təkrar olundu sonra səssizlik çökdü. Daha sonra vanna otağının qapısı şıqqıltı ilə […]