Yeqzar Cəfərli ilə görüş keçirilib

Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi yazıçı Yeqzar Cəfərli Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən 128 saylı orta məktəbdə fəaliyyət göstərən Kiçik Akademiyanın “Müzakirə saatı”nın qonağı olub. Görüş məktəbin müəllimi, Kiçik Akademiyanın Humanitar bölməsinin rəhbəri Cəvahir Rəsulzadənin təşkilatçılığı ilə keçirilib. Tədbirdə müəllifin “Uçurum” hekayələr kitabı müzakirə edilib. Şagirdlərdən A.Cəmilə “Kim bilir, bəlkə…”, R.Fatimə “Şagird”, A.Süriyyə “Üstüaçıq ev”, H.Leyla “ O qayıtdı”, H.Arzu “Qar”, N.Aytac “Yanan ocaq”, H.Sevda “Yuxu” hekayələri haqqında danışıblar. Tədbirin sonunda sualları cavablayan Y. Cəfərli öz şeirlərini oxuyub.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Qulu Ağsəs. Görən, Allah təkdi, yoxsa Onu təkləyiblər?..

Şb Noy 11 , 2023
*** Külli-aləm, bəni-Adəm, göyün yeddi qatı, torpağın altı… hansı bilər? – görən, Allah təkdi, yoxsa, Onu təkləyiblər?..   *** Şəhərə duman yağıb, elə bil yumurtanın sarısını çıxarıb, yerinə Bakını salıblar, hər yan ağ, ağ, ağ… Küçədə üç adamla öpüşdüm bu gün. biri də adımı düzgün demədi, duman, yağ, yağ, yağ… […]