“Aydın yol” məşhur ingilis yazıçısı və dramaturqu Uilyam Somerset Moemin (1874-1965) aforizmlərini təqdim edir.
“Arzu – reallıqdan uzaqlaşmaq yox, ona yaxınlaşmaqdır”.
* * *
“İnsanlar hansısa məsələni düşünüb həll etməkdən daha çox, kiməsə damğa vurmağa meyilli olur”.
* * *
“Dünyada eyni vaxtda həm sevib, həm də nifrət etməkdən ağır əzab yoxdur”.
* * *
“Həyatın mənə öyrətdiyi ən dəyərli şey heç nəyə təəssüflənməməkdir”.
* * *
“Həyatın bir qəribə özəlliyi var: əgər siz yalnız ən yaxşını seçib, o birilərdən imtina etməyi bacarırsınızsa, çox vaxt istəyinizə çatırsınız”.
* * *
“Təəssüf ki, bizim bu yöndəmsiz dünyamızda yaxşı vərdişləri tərgitmək, pis vərdişlərdən xilas olmaqdan daha asandır”.
* * *
“İnsan nə qədər bədbəxtdirsə, bir o qədər də qəzəblidir”.
* * *
“Aydın və sadə dildə yazmaq, səmimi və xeyirxah olmaq qədər çətindir”.
* * *
“Ölmək – cansıxıcı və kədərli bir işdir. Məsləhət görərdim, heç vaxt bu işlə məşğul olmayasınız”.
* * *
“Əgər sənin geyiminə fikir verən yoxdursa, deməli, paltarın əyninə yaraşır”.
* * *
“Hər gələn nəsil atalara və babalara gülür, amma əcdadlarla qürur duyur”.
* * *
“Biganəliyin bir adı da təmkindir”.
* * *
“Şərə dözmək şər əməl törətməkdən daha yaxşıdır”.
* * *
“Uğurun yalnız bir yolu var – həyatı ürəyin istəyən kimi yaşamaq”.
* * *
“Qocalığın ən böyük üstünlüyü ruhən azad olmaqdır”.
* * *
“Özünü dərk etmiş insanı dövlətlə barışdırmaq mümkün deyil”.
* * *
“Əzizim, inan mənə, sənə nə desələr də, bil ki, qadın üçün ən yaxşı peşə həyat yoldaşı olmaqdır”.
* * *
“Səfeh olduğunu bilmək, səfeh olub bilməməkdən daha yaxşıdır”.
* * *
“Əgər məğzində ehtiras yoxdursa, bu artıq məhəbbət deyil. Ehtirası sönməməyə isə həzz yox, maneələr qoymur”.
* * *
“Keçmişlə yaşamağa başladınsa, deməli, gələcəyin artıq ölüb”.
* * *
“Qadının nəyə qadir olduğunu yalnız qadın bilir”.
* * *
“Uğur qazanmaq istəyirsənsə, özündən aşağı rəqiblə yarışma”.
* * *
“Kişilər öz vərdişlərinin nökəridirlər”.
* * *
“Qadınlar kişiləri öz gözəllikləri ilə cəlb edib, yanlarında saxlamaq üçün onların qüsurlarından istifadə edirlər”.
* * *
“İnsan başqalarının məsləhəti ilə etdiyi düzgün hərəkətdən daha çox, öz səhvlərindən dərs alır”.
* * *
“Fikrimcə, incəsənətdə ən mühüm məqam sənətkar şəxsiyyətidir. Əgər şəxsiyyət fərqlidirsə, mən ona bütün səhvlərini bağışlayaram”.
* * *
“Özünə hakim kəsilə bilməyən adam, başqalarına necə hökm edə bilər?”
* * *
“Əsas məsələ sevilmək yox, sevməkdir. Çünki bəzən səni dəlicəsinə sevən adamın yanında ürəyin sıxılır”.
* * *
“Əgər vacib deyilsə, pauza eləmə, amma elədinsə, bacardığın qədər uzat”.
* * *
“Pul altıncı hissdir. O olmadan qalan beş hissdən istifadə etmək mümkün deyil”.
* * *
“Sən çox yaxşı ana olmusan. Elə bir hərəkət etmisən ki, ömrüm boyu borcundan çıxa bilmərəm. Məni rahat buraxmısan”.
* * *
“Müdriklik – insanlardan yaxşı şeyləri əxz eləyib, pis şeylərə qarşı nəfsi qorumaqdır”.
* * *
“Yol. Kimsə onu opiumda, kimsə Tanrıda, kimsə şərabda, kimsə məhəbbətdə axtarır. Amma Yol hamımız üçün eynidir və ünvansızdır”.
* * *
“Həyatda üç qızıl qayda var: heç vaxt günaha batma, əgər batdınsa, heç vaxt peşman olma və ən əsası, əgər peşman oldunsa, heç vaxt etiraf etmə”.
* * *
“Əsl oxucu üçün roman mütaliə etmək iş yox, əyləncədir”.
* * *
“Mən bu çox qoca dünyaya çox gec gəldim”.
* * *
“İnduizm təkcə din yox, həm də fəlsəfə, hələ üstəlik, həyat tərzidir”.
* * *
“İyirmi beş yaşlı subay qızla, onun yaşıdı olan gəlinin arasında böyük fərq var”.
* * *
“Yer üzündə yeganə təmənnasız hiss valideyn sevgisidir”.
aydinyol.aztc.gov.az