Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin dokrorantı Afaq Şıxlının yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Moskva Azərbaycanlıları Milli Mədəni Muxtariyyəti və Qadınlar Birliyinin təşəbbüsü ilə Rusiya və Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-tərcüməçi Afaq Şıxlının yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir.

“Afaq Şıxlı poeziyasının işığı altında” adlı görüşdə əvvəlcə şairənin həyat və fəaliyyətinin bəzi məqamlarını əks etdirən videosüjet izlənilmiş, tədbir şairənin çıxışı ilə davam etmişdir.

“Mənim üçün gözlənilməz sürprizdir” deyən Afaq Şıxlı çıxışına təşkil olunmuş tədbirin təşəbbüskarlarına, bilavaistə Moskva Milli Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənova, katibi Həşim Əliyevə və gələn hər bir kəsə minnətdarlıqla başlayıb. Şairə nitqini keçmişdən bu günə qədər poeziyanın durumu, günümüzdə şair və şeirə münasibəti öz rakursundan dəyərləndirmək üzərində qurub. Tədbirdə gecəyə ev sahibliyi edən Moskva Azərbaycanlıları Milli Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov, tanınmış jurnalist Cəfər Sadıq, gecənin aparıcılarından Qadınlar Birliyinin nümayəndəsi Leyla Fərəcova, gözəl qiraətçi, ziyalı xanım Xalidə Səmədova, Moskva Xalqlar Dostluğu Universitetinin məzunu, gənc filoloq Nəsibə Fərəcova, gecəyə aparıcılıq edən jurnalist Tünzalə Vəliqızı və digər iştirakçılar çıxış etmiş, şairə və poeziya haqqında dəyərli fikirlərini bölüşmüşlər.

Gülnur Alışova Afaq Şıxının sözlərinə bəstələnmiş mahnılar səsləndirmişdir.

Ədəbi-bədii gecənin rəsmi hissəsi iştirakçıların ayaq üstdə söylədikləri Azərbaycan himni ilə bitmişdir.

Tünzalə Vəliqızı

yenises.ru

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Oldos Haksli. Cəsur yeni dünya

Be İyl 10 , 2023
Əvvəli: Oldos Haksli. Cəsur yeni dünya – KLV (davamı) – Hipnopediya İngiltərədə qadağan edilmişdi. Liberalizm adlı bir şey var idi. Parlament (bilmirəm bu köhnə anlayışdan xəbəriniz var yoxsa yox) hipnopediya əleyhinə qanun qəbul etdi. Parlament sənədlərinin arxivləri qalır. Vətəndaş azadlıqları barədə nitqlər. Səmərəsizlik və səfillik azadlığı. Həyata uyğunlaşa bilməmək azadlığı. […]