Allahla müsahibə

Xəyal etdim ki, Allahdan müsahibə alıram.

“Deməli məndən müsahibə almaq istəyirsən?” deyə Allah soruşdu.

“Əgər vaxtınız varsa…” deyə cavab verdim.

Allah gülümsədi və “Mənim vaxtım əbədiyyətdir ” dedi.

“Sizi bəşəriyyət barədə ən çox nə təəccübləndirir?”

Allah cavab verdi: “Siz uşaqlıqdan bezib böyüməyə tələsir və sonra yenidən uşaq olmaq istəyirsiniz. Siz pul qazanmaq üçün sağlamlığınızı qurban verir və sonra sağlamlığınızı bərpa etmək üçün pulunuzu qurban verirsiniz. Sizlər gələcək barədə narahat olur və indiki zamanı unudur beləliklə, nə gələcək, nə də indiki zamanda yaşayırsınız. Siz elə yaşayırsınız ki, sanki heç vaxt ölməyəcəksiniz və elə ölürsünüz ki, sanki heç vaxt yaşamamışsınız”. Allah əlimdən tutdu və biz bir müddət susduq. Sonra mən soruşdum: ”Valideyn (allah) kimi övladlarınızın (bəndələrinizin) hansı həyat dərslərini bilməsini istəyərdiniz?

“Bilsinlər ki, kimi isə özlərini sevməyə vadar edə bilməzlər, yalnız özlərini sevdirə bilərlər. Bilsinlər ki, əfv etməklə bağışlamağı öyrənmək olar. Bilsinlər ki, sevdiklərinin qəlbini yaralamaq üçün bir neçə saniyə kifayətdir, ancaq bu yaraları sağaltmaq üçün illər lazım olur. Bilsinlər ki, varlı insan ən çoxlu malı olan yox, ən az mala ehtiyacı olandır. Bilsinlər ki, onları çox sevən insanlar var, sadəcə, bu şəxslər öz hisslərini ifadə etməyi və ya nümayiş etdirməyi hələ öyrənməyiblər. Bilsinlər ki, iki şəxs eyni bir şeyə müxtəlif cəhətlərdən baxa bilər. Bilsinlər ki, sadəcə bir-birilərini bağışlamaq kifayət deyil, onlar özlərini də bağışlamalıdırlar.

“Müsahibəyə görə təşəkkür edirəm” deyə astaca bildirdim.

“Övladlarınızın bilməsini istədiyiniz başqa bir şey varmı?”

Allah gülümsədi və dedi ”Sadəcə bilin ki, mən HƏMİŞƏ buradayam…”

 

İngiliscədən: klv.az

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ceyms Corc Freyzer. Qızıl budaq. Simpatik magiya (ovsun) – 8

  (magiya və dinin tədqiqi) Fraser J. G. The Golden Bough. London, 1923. /Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/ (davamı) Avstraliya adalılarında (aborigenlərində) hər bir gəncin yetkin kişi hüquq və imtiyazlarını əldə etməzdən öncə məruz qalmalı olduğu inisiasiya (kişiləşmə) ayinləri zamanı onun bir və ya bir neçə ön dişini vurub […]