Nuranə Şabılı. Nəfs köləliyi və Dorian Qrey sindromu

Hazırda oturduğun yerdən bir neçə toxunuşla 13 milyard il geriyə gedə biləcək “Big Bang”dən başlayaraq üzərində dayandığın dünyanın necə inanılmaz var oluşuna, uzaq-uzaq bölgələrdə ilk ataların yaşam üçün verdiyi mübarizəyə, bundan milyonlarca il sonra eyni bölgədə ilk avtomobil, ilk teleskop, ilk mikroskop və gördüyün hər şeyin təməlinə şahid ola biləcək “sehrli bir cihaz”ı əlində tutursan. Bəs bu möhtəşəm icadla insanlar nə edir? Sadəcə bir anlıq digərlərinin təxəyyülündə daha gözəl, yaraşıqlı qalmaq üçün bizi biz edən üz cizgilərimizi yox edib, çeşidli proqramlara sanki bizi həbs edirmişcəsinə özümüzü təslim edirik. Belə bir həqiqət var ki, bəzən bu, özümüzü daha yaxşı hiss etməyimizə, özgüvənimizin bir anlıq da olsa, artmasına kömək edir, lakin təəsüf ki, məsələ bundan daha qəlizdir. Bəs bunun nəfs köləliyi ilə nə kimi əlaqəsi var? Dorian Qrey sindromu nədir? Gəlin sizi bunları möhtəşəm şəkildə izah edən bir bestseller ilə tanış edim.

Oscar Wildenin “Dorian Qreyin portreti” əsərində biz gözəllik düşkünü olan personajımızın bu gözəlliyi ilahiləşdirərək onu tanrının ən böyük hədiyyəsi kimi görməsi və hətta bu vəziyyət irəlilədikcə onu itirmək qorxusuyla yaşadığını görürük. İlk görünüşdə qəhrəmanımızın hisləri normal, insani qorxu kimi görünür, lakin Wilde gözəlliyə olan nəfsin necə qorxunc bir dünyəvi həzz duyğusu olduğunu izah etmək üçün personajımızın mənəvi qorxularından necə bir “canavara” çevrildiyini açıqca bizə göstərir. Belə ki , Dorian öz gözəl portretini qısqanır. Özünün yaşlanıb, portretinin isə gənc və gözəl qalacağından qorxur. Bu qorxu necə günah işləyəcəyini belə bilməyən Dorianı gündən-günə bir “iblisə” çevirir .

Məncə bu izah az-çox başlığı və əsas hissəni açıqlayır, lakin gəlin bir də xülasə gətirək. Personajımızdan gördüyümüz kimi sözügedən sindrom şəxsin yaşlanmaq qorxusundan irəli gəlir, lakin mühüm bir nüansı unutmayaq: yaşlanmaq artan qırışlar, dən-dən ağarmış saçlardan ibarət deyildir. Hə, bu bizi əvvəlkitək “gözəl”  göstərməyəcək, bəlkə, lakin bu, bizə “gözəlləşdirici proqramların” verə bilmədiyi bir şey verəcək; təcrübə – həyat təcrübəsi. Bu, bizə dolu-dolu yaşadığımız günlərin xoş duyğusunu, qürurdan gözlərimizi yaşardan uğurlarımızı xatırladacaq bir gülümsəmə verəcək. Unutmayaq ki, bir neçə saniyəlik insanların ağlında qalacaq fərqli xarici görünüş gözəllik deyildir, ömür boyu iz buraxacaq daxili görünüşdür gözəllik. Budur əsl gözəllik…

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

SUN-TSZI. Qalibin strategiyası və taktikası (İlkin mülahizələr, Müharibənin aparılması, Strateji hücum)

  İLKİN MÜLAHİZƏLƏR Sun Tszı deyib: Müharibə böyük dövlət işidir, – bu, həyat və ölümün əsasıdır, bu, yaşam və məhvolma yoludur. Bunu anlamaq lazımdır.   * * * O beş  formada üzə çıxır. (Onu yeddi cəhətlə ölçür və bu yolla vəziyyətini müəyyən edirlər). Birincisi –Yol, ikincisi – Səma, üçüncüsü – […]