“Məcnunluq: məlum məchulluqla naməlum məchulluq arasında” mövzusunda inteqrativ dərs

26 may 2026-cı il tarixində Xəzər Universitetinin Nərimanov Kampusunun kitabxanasında Dillər və ədəbiyyatlar departamentinin “İnteqrativ dərs” layihəsi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavəri “Məcnunluq: məlum məchulluqla naməlum məchulluq arasında” mövzusunda mühazirə demişdir. Dərsi giriş sözü ilə Dillər və ədəbiyyatlar departamentinin müdiri, dosent Dilbər Zeynalova açmış, qonağı təqdim etmiş, mövzunun aktullağından bəhs etmişdir. Dərsdə Məhəmməd Füzulinin eşq fəlsəfəsi, “Leyli və Məcnun” əsərində məcnunluq anlayışının fəlsəfi və irfani mahiyyəti, eşqin insanın mənəvi kamilləşməsindəki rolu haqqında geniş fikirlər səsləndirilmişdir.

Sərxan Xavəri Füzuli yaradıcılığında eşqin yalnız hiss deyil, həm də mənəvi idrak və kamilləşmə yolu kimi təqdim olunduğunu vurğulamış, “məcnunluq” anlayışının klassik Şərq düşüncəsindəki yeri və çağdaş interpretasiyası haqqında danışmışdır. Dərsin sonunda Azərbaycan dili və ədəbiyyatı ixtisasının tələbələri mövzu ilə bağlı suallar ünvanlamış və seminar interaktiv müzakirələrlə davam etmişdir. Sonda xatirə şəkli çəkilmiş, qonağa rəhbərlik adındantəşəkkürnamə və hədiyyə təqdim edilmişdir.

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Süni intellekt və poeziya: Sİ şairin yerini tuta bilərmi?

Klv.az saytının verdiyi “Çağdaş  Azərbaycan poeziyası ənənələrinə uyğun “Əsl sevgi necə olur?” adlı şeir yaz təlimatı ilə süni zəka proqramı ChatGPT-nin yazdığı şeiri və müqayisə üçün “təbii zəka”nın—Məmməd Arazın “Sevgi nəğməsi” adlı şeirini təqdim edirik:   Əsl sevgi dağ başında açan yaz çiçəyi tək, Könüllərə səssiz düşən ilk yağışın səsi […]