Hamlet İsaxanlının “Səməd Vurğun və onun zənci qəhrəmanının sorağında” mövzusunda təqdimatı

“Elm və Sənət” Məclisinin 84-cü məşğələsi
Xəzər Universiteti Bəşir Səfəroğlu kampusunun Fikrət Əmirov Konfrans-Konsert Mərkəzində 2026-cı il martın 12-də “Elm və Sənət” Məclisinin 84-cü məşğələsi keçirildi. Budəfəki məşğələ Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlının tədqiqat işinin nəticəsi olan “Səməd Vurğun və onun zənci qəhrəmanının sorağında” mövzusunun təqdimatına həsr edilmişdi.

Hamlet İsaxanlı məşğələni giriş sözü ilə açaraq, məruzə etdi. Məruzə foto və videomateriallarla müşayiət olunurdu. Xalq şairi Səməd Vurğunun “Zəncinin arzuları” poemasının zənci qəhrəmanının əsərdə adının çəkilməməsinin araşdırmaya maraq yaratdığını bildirən H. İsaxanlı xüsusi vurğuladı ki, mövzu adi maraq həddini aşıb, elmi araşdırmaya, tədqiqata çevrildi. Beləcə, bu zənci qəhrəmanın sorağı ilə ABŞ-ın, Polşanın kitabxanalarının, arxivlərinin, o cümlədən, bir çox qurumun qapıları döyüldü. Gərgin və uzunmüddətli araşdırmalardan sonra həmin zəncinin “tapıldığını” qeyd edən H. İsaxanlı qəhrəmanın yanlış olaraq, rəssam kimi təqdim edildiyini, əslində, müğənni Aubrey Pankey olduğunu diqqətə çatdırdı. Məruzəçi A. Pankeyin müğənni kimi sənətkarlıq xüsusiyyətlərindən də danışdı. Məruzədən sonra S. Vurğunun zənci qəhrəmanının lirik mövzuda klipləri təqdim olundu.

Mövzu ilə bağlı Prof. Firdovsiyyə Əhmədova (Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Idarəçilik Akademiyası), Prof. Eynulla Mədətli ( AMEA Fəlsəfə və Sosiologiya İnstitutu), Prof. Rəhilə Qeybullayeva (Bakı Slavyan Universiteti), Dos. Aslan Salmanov (AMEA Nizami adına Ədəbiyyat İnstitutu) və digərləri çıxış etdilər.

“Elm və Sənət” Məclisinin növbəti məşqələsi müzakirələrlə başa çatdı.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Rəhim Arazi. Düş

Dissidentin arxivindən Klv.az Şərur rayonunun Alışar kəndində doğulmuş repressiyaya məruz qalan Nəcəfov Rəhim Cəfər oğlunun (1928-1982) “Düş” poemasını təqdim edir Düş (kiçik poema) Müqəddimə Nədənsə çox zamanlar Çox zamanlar nədənsə görürəm naşar yuxu Bir hissəsi dumanlı bir üzü aşkar yuxu (Doğrunun haqq olduğun zərrə qədər danmıram, fəqət, nə möcüzədisə, “özüm […]