Çinli tələbələr “Arşın mal alan” tamaşasında

Xəzər Universitetində təhsil alan çinli tələbələr Dillər və ədəbiyyatlar departametinin müəllimi Mənsurə Əhmədovanın müşayiəti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəvəti əsasında 2026-cı il yanvarın 30-da   Dövlət Akademik Musiqili Dram Teatrının səhnəsində “Arşın mal alan” tamaşasına baxıblar.

Azərbaycan filologiyası ixtisası üzrə təhsil alan, Pekin Xarici Dillər Universitetindən mübadilə proqramı çərçivəsində ölkəmizə gəlmiş 3-cü kurs tələbələri bu mədəni tədbir vasitəsilə Azərbaycan dili və mədəniyyətini daha yaxından tanımaq imkanı əldə ediblər.

Qeyd edək ki, çinli tələbələr Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin təşəbbüsü ilə daha əvvəl də “İblis” tamaşasına baxıblar.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Nurəddin Ədiloğlu. Lənkəran deyəndə…

Nədənsə son illədə Lənkəran deyəndə Qafar Cəfərli, Qafar Cəfərli deyəndə Lənkəran yadıma düşür. Baxmayaraq ki, bizim Qafarla sonralar dostluğa çevrilən tanışlığımızın 35 ildən çox tarixi var. Etiraf edim ki, Qafarla ilk tanışlığım mənim Azərbaycan polisi barədə sovet dönəmindən qalma düşüncələrimi alt-üst eləmişdi. Elə onun sayəsində daxili işlər orqanlarında çalışan bir […]